SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR

Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR

Tarix:

19-07-2018, 10:39

/ 1 578 dəfə oxundu.
Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR

Gəncə şəhərində Mirzə Ələkbər Sabirin adını daşıyan küçədə günlərlə zibil daşınmır.

Bu barədə Cebhe.info-ya şikayətində Gəncə sakinləri bildirib. Onlar bildiriblər ki, zibilin günlərlə daşınmaması küçədə həm natəmizliyə, həm də pis qoxuya səbəb olur:

“Gəncə şəhərinin mərkəzi küçələrindən biri böyük Mirzə Ələkbər Sabirin adını uzun illərdir ki, daşıyır. Bu il ölkəmizdə Sabirin yubileyi ilə əlaqədar, Sabir günləri və digər tədbirlər keçirilir. Ancaq təəssüflər olsun ki, Gəncədə Mirzə Ələkbər Sabirin adını daşıyan bu küçədə günlərlə zibil qalaq-qalaq yığılır və daşınmır. Uşaq, böyük hamı, bütün sakinlər bundan narazıdır.

Qəribə burasındadır ki, bu zibillər böyük şair Mirzə Ələkbər Sabirin baralyefinin altına yığılır. Hətta, bu küçədə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev belə yaşasa da, o da bu vəziyyətə laqeyddir”.

Məsələ ilə bağlı olaraq Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR
Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR
Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR
Sabirin yubileyində də zibillər daşınmır: Adını daşıyan küçədə - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ