SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir İnam Kərimov 80 yaşlı şikayətçinin inamını qıracaqmı? - Müraciət

Nazir İnam Kərimov 80 yaşlı şikayətçinin inamını qıracaqmı? - Müraciət

Tarix:

18-07-2018, 10:23

/ 1 840 dəfə oxundu.
Nazir İnam Kərimov 80 yaşlı şikayətçinin inamını qıracaqmı? - Müraciət

Qəzetimizin ötən sayında “Məhkəmə 27 dəfə xeyrinə qərar çıxardı, amma problemi həll olunmayıb” adlı yazı dərc etmişdik. Yazıda 80 yaşlı Mahmud Qasımov uzun illər İmişli rayon kənd İdarəsində, Aqrar Sənaye Kombinatında dövlət texniki və baş dövlət texniki nəzarət müfəttişi işləməsinə baxmayaraq, iki illik əmək haqqını ala bilməməsindən şikayət edib.

Qeyd edək ki, Mahmud Qasımov sözügedən məsələ ilə bağlı 27 dəfə məhkəmə prosesində iştirak edib. Bütün proseslərin sonucunda şikayətçinin haqlı və iki illik əmək haqqının ödənilməli olduğu haqda qərar verilib. Buna baxmayaraq, məsələ hələ də həllini tapmayıb: “Mənə illik əmək haqqım köhnə pulla 2800810, yeni Azərbaycan manatı ilə 562 manat məbləğində vəsait ödənilib. Məhkəmədə bu məsələ yanlış şəkildə sənədləşdirilib. Kənd Təsərrüfatı Nazirliyindəki sənədə imza atıb 562 AZN aldım. Amma KTN isə sənəd təqdim edərək məhkəməyə yanlış məlumat verib. Həmkarım İbrahim Lyadişkinə və mənə ödəniləcək məbləğ ümumilikdə 2060 AZN təşkil edirdi. Bu məbləğin 562 AZN mənim, yerdə qalanı isə digər iki nəfərin əmək haqqı idi. Nazirliyin verdiyi yanlış sənədə görə, Səbail rayon məhkəməsinin hakimi Arab Hüseynov 06.02.2008-ci il tarixdə çıxardığı qərarda qeyd elədi ki, guya 2060 AZN təkcə mənə ödənib. Halbuki, mən o məbləğin yalnız 562 manatını almışam. 12.03.2018-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarından sonra mənim haqlı olduğunu sübut edən qərar icraata göndərildi. Amma Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovsa bu məbləği ödəməkdən imtina edir. Deyir ki, bizim borcumuz yoxdur”.

Sözügedən məsələ ilə bağlı redaksiyamız Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlayıb.

Ümid edirik ki, nazir İnam Kərimov 80 yaşlı şikayətçinin inamını qırılmağa qoymacaq. Onun əmək haqqının ödənilməsinə yardım edəcək.
Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ