SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Agentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşa

Agentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşa

Tarix:

16-07-2018, 09:45

/ 1 399 dəfə oxundu.
Agentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşa

Bakının Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində çökən yol Bakı Metropoliteninə Tağı Əhmədov rəhbərlik etdiyi dövrdə çəkilib. AzEuroNews.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti rəhbəri Anar Nəcəfli feysbukda tənqidlərə cavab verərkən belə deyib. Onun sözlərinə görə, yolu nə Saleh Məmmədov, nə “Azəryolservis” çəkib. A.Nəcəfli bildirib ki, 7-8 il qabaq metro tikintisi ilə əlaqədar olaraq bu yol Bakı Metropoliteni tərəfindən alternativ yol olaraq salınıb.
Agentlik sözçüsü qeyd edib ki, çökmənin səbəbləri araşdırılır: “Çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq. Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq”.

Bakı metrosunun rəisi Zaur Hüseynov «B4» şərti adlı stansiyanın (Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında) 2017-ci ildə istifadəyə veriləcəyini bildirmişdi.

Amma yolunun çəkilişinin hansı şirkətə həvalə olunduğu, hansı MMC-nin tenderdə qalib gəldiyi haqda heç bir məlumat yoxdur.
Agentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşa
Agentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşa
Agentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşaAgentlik çökən yola görə Tağı Əhmədovu ittiham etdi – Foto/ İfşa

Şərhlər

XƏBƏR LENTİ