SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BAKI BEYNƏLXALQ AVTOVAĞZALINDA KASSİR-SÜRÜCÜ "SÖVDƏLƏŞMƏSİ"

BAKI BEYNƏLXALQ AVTOVAĞZALINDA KASSİR-SÜRÜCÜ "SÖVDƏLƏŞMƏSİ"

Tarix:

13-07-2018, 17:34

/ 1 336 dəfə oxundu.
BAKI BEYNƏLXALQ AVTOVAĞZALINDA KASSİR-SÜRÜCÜ "SÖVDƏLƏŞMƏSİ"

"Avtobus sürücüləri biletləri qabaqcadan öz qiymətinə alınıb, sərnişinlərə baha qiymətlərə satırlar"
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) xidmət sahəsindəki problemlər, paytaxtdan regionlara yola düşən avtobuslarla bağlı özbaşınalıqlar haqqında vətəndaşların şikayətləri səngimək bilmir. Bu günlərdə isə sürücü və kassirlər arasındakı "sövdələşmələr”, biletlərin avtobus sürücüləri tərəfindən öz qiymətinə alınıb, sərnişinlərə baha qiymətlərə satılması narızılıqlara səbəb olub. Sözügedən özbaşınalıqla bağlı redaksiyamıza müraciət edən vətəndaşlar iddia edirlər ki, avtobus sürücüləri özlərinin qohum-əqrəbalarının, dost-tanışlarının şəxsiyyət vəsiqələri ilə elektron bilet satışı xidmətindən istifadə edərək, biletləri öz qiymətinə alırlar. Bir marşrut üçün hətta 35-40 yeri bu şəkildə satın alan sürücülərə də rast gəlmək olur. Beləliklə, sürücülər elektron şəkildə ucuz aldıqları yerləri sərnişinlərə baha satırlar. Məsələn, Bakı- Gəncə avtobusu üçün biletin qiyməti kassada 5.50 AZN olduğu halda avtobusların sürücüləri onu əvəlcədən alıb, vətəndaşlara 8 AZN-dən satır.
İllərdir mövcud olan bu kimi problemlərlə bağlı "Sherg.az"a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı söyləyib ki, aidiyyəti qurumlar insanların rahatlığı üçün ilk öncə bu tip problemləri aradan qaldırmalıdırlar. O xüsusi vurğulayıb ki, problemləri mətbuat həmişə gündəmdə saxlasa da, heç bir yenilik, dəyişiklik əldə olunmur:

"Çatışmazlıqların mövcudluğu aidiyyəti qurumlara da məlumdur. Qəti qərar qəbul edərək, belə problemləri aradan qaldırmaq mütləqdir ki, insanların rahatlığı təmin olunsun. Vətəndaşların baha qiymətə bilet almaq imkanı olsaydı, özünə şəxsi avtomobil alardı. Hər fürsətdə insanları aldatmaq, çirkin əməllərlə dələduzluğa yol vermək heç bir quruma baş ucalığı gətirilmir.

BBAK-ın infrastrukturunun yüksək səviyyədə formalaşdırılmasına, xidmət sahəsinin yaxşılaşdırılmasına milyonlarla vəsait xərclənib. Halbuki, bu qurumla bağlı şikayətlər səngimək bilmir, əsas problemlər aradan qalxmır. Əslində bu kimi məsələləri həll etmək mümkündür. Sadəcə bir qədər istək, müvafiq qurumların məsuliyyətli şəkildə addım atması lazımdır. Sürücülərə ciddi nəzarət olunması, kassalara nəzarət edən şəxslərin şəffaf fəaliyyət göstərməsi vacibdir”.

Şərhlər

XƏBƏR LENTİ