SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İşıqlar söndü, əhalinin cibinə ziyan dəydi - Bu zərəri kim qarşılayacaq?

İşıqlar söndü, əhalinin cibinə ziyan dəydi - Bu zərəri kim qarşılayacaq?

Tarix:

13-07-2018, 12:39

/ 1 307 dəfə oxundu.
İşıqlar söndü, əhalinin cibinə ziyan dəydi - Bu zərəri kim qarşılayacaq?

Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilməsi nəticəsində ötən gün Bakıda və Sumqayıtda elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranmışdı. Qeyd edək ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş vermişdi. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanmış və ölkə ərazisində ciddi enerji problemi yaranmışdı.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirir ki, ölkədə bəzi məmurların özbaşınalığı əhaliyə və iqtisadiyyata ciddi ziyan vurur:

"Kiçik problem olan kimi ölkədə işıqlar sönür. İşıqlar sönəndə müəssisə işləməyəndə dövlətin iqtisadiyyatına, evlərdə isə əhalinin cibinə ziyan vurur. Bu işıqlara görə neçə ailənin evində soyuducusu yanıb, onun içərisindəki məhsullar da xarab olub. Əhaliyə dəyən bu ziyanı kim ödəyəcək? Ona görə cənab prezidentimiz buna sərt yanaşmalı və qanuna riayət etməyənləri ağır cəzalandırmaq lazımdır. Bu problemləri aradan qaldırmaq üçün nəzarət gücləndirilməli, vəzifəyə qoyulan şəxs isə işinə vicdanla yanaşmalıdır. İşıqlar niyə sönməlidir? Kim söndürür bu işıqları? Kim millətin, dövlətin iqtisadiyyatına mənfi təsir göstərir? Bunları araşdırıb öyrənmək lazımdır”.

Telman Zeynalov vurğulayıb ki, nə günəş, nə də külək bizə lazım deyil: “Alternativ enerji kimi biz tullantıları istifadə edib biz işıq da qaz da ala bilərik. Tullantı həddən artıq çoxdur. Bu tullantılar atmosferi də ətraf mühiti də çirkləndirir. Bu tullantılarda səmərəli istifadə olunsa hətta boş yerə xərclənən pullar cibimizdə qalar”.

Şərhlər

XƏBƏR LENTİ