SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrükdə rəhbər dəyişsə də vəziyyət dəyişmədi -ŞİKAYƏT

Gömrükdə rəhbər dəyişsə də vəziyyət dəyişmədi -ŞİKAYƏT

Tarix:

12-07-2018, 22:36

/ 1 849 dəfə oxundu.
Gömrükdə rəhbər dəyişsə də vəziyyət dəyişmədi -ŞİKAYƏT

İstər nazirlikdə, istərsə də komitə sədrliyinidə aprılan dəyişiliklər, edilən islahatlar ona görədir ki, ya nazir, ya da komitə sədri rəhbərlik etdiyi sahədə heç bir yenilik etəmədən yalnız özünə işləyib, korrupsiya və rüşvətxorluğa yol verib. Bu bizə güzgü kimi aydındır. Bəs sonra?
Təəssüflər olsun ki, yeni rəhbərliklə əvəzlənənlər özündən əvvəllkilərin atasına rəhmət oxutdurur, vətəndaşlarla daha aqressiv hərəkət edir, elə bil qəsdən Prezidentə qarşı çıxılmasına şərait yaradırlar. Artıq xalq arasında da belə bir fikir formalaşıb: “ Son illər vəzifədən gedənin yerinə heç vaxt yaxşısı gəlmir”.
Mövzumun canı isə Azərbycan Dövlət Gömrük Komitəsinin yeni əvəzlənmiş sədri Səfər Mehdiyevdən gedir. Belə ki, Səfər Mehdiyevə göstərilən etimad ən azından elə ilk dəfədən özünü doğrultmalıydı. Yerlərdə gömrük orqanlarındakı vəziyyət dəyişməli, korrupsiya və rüşvətxorluq halları aradan qaldırılmalı, əməlli başlı kadr islahatı aparılmalıydı. Əksinə, gömrük postlarında vəziyyət daha da gərginləşmiş, sıravi vətəndaşlara və sahibkarlara təzyiqlər artmışdır.
Bu günlərdə redaksiyamıza yazılı məlumat verən Qazax rayon Çaylı kənd sakini Əliyev Eyvaz İsa oğlunun ərizəsi deyilənləri bir daha təsdiq edir. Vətəndaşın bizə və başda Prezident İlham Əliyev oilmaqla bir sıra aidiyyəti orqanlara ünvanladığı şikayət ərizəsini olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

surəti: Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə

surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə

surəti: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevə

surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə

surəti: Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Elmira xanım Süleymanovaya

Qazax rayonu, Çaylı kənd sakini Əliyev Eyvaz İsa oğlu tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Çox hörmətli cənab prezident!
Bir vətəndaş olaraq, görüb, şahidi olduğum qanunsuzluqlara, haqsızlıqlara, Azərbaycanın imicinə xələl gətirən, xoşagəlməz hadisələrə göz yuma bilmədiyim üçün, yenə də Sizə müraciət etmək məcburiyyətindəyəm.
Mən hər zaman Sizə etdiyim müraciətlərimdə qeyd etmişəm ki, dövlət və dövlətçilik mənim üçün ən müqəddəs amillərdəndir.
Çox təəssüflə qeyd etmək istəyirəm ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” Gömrük Sərhəd Keçid Məntəqəsində qanunsuzluqlar, anarxiya, məmur özbaşınalıqları, dövlətə və dövlətçiliyə xəyanət baş alıb gedir. İnsanların beynəlaxalq hüquq normaları kobudcasına pozularaq, təzyiq və təhqirlərə məruz qalırlar.
Azərbaycan Konstitusiya qanunları, Prezidentin göstəriş və sətrəncamları “Sınıq Körpü” Gömrük Sərhəd Keçid Məntəqəsində əhəmiyyətsiz sayılır. Yuxarıdan idarə olunan qüvvələrin qayda və göstərişləri ilə burada hər şey həyata keçirilir. “Sınıq Körpü”gömrük post rəisi və onun ətrafındakı bir qrup dırnaqarası gömrük əməkdaşları dövlətin milli maraqlarını deyil, onları vəzifəyə təyin edən, səlahiyyət verən qüvvələrin “reket” qanunlarını yerinə yetirərək, dövlət büdcəsini talan edirlər.
Cənab Prezident!
Çox təəssüflə qeyd etmək istəyirəm ki, oynadığı oyunlarda çox təcrübəli və peşəkar olan Ayxan Əmrahov Türkiyə dövlətindən Azərbaycana gələn avtobuslardakı yüksək rüsumlu malları, telefon zəngləri ilə, dövlət rüsumundan yayındıraraq, əl yükü kimi buraxılmasına vasitəçilik edib, şərait yaradır. Gömrük postunu özləri üçün gəlir mənbəyinə çeviriblər, yığılan pulları şəxsi maraqları üçün istifadə edirlər. Uzun müddət növbə rəisi işləyən A.Əmrahov oynağıdı oyunların üstü açılaraq, 30.06.2018-ci ildə növbə rəisi vəzifəsindən çıxarılsa da, yenə də çirkin əməllərini yerinə yetirərək, gömrük orqanlarında fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsinin yeni təyin olunmuş sədri, hörmətli Səfər Mehdiyev gömrük postlarında, gömrük terminallarında qayda-qanun yaratdığı halda, yəqin ki, “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsində gedən oyunlardan xəbəri yoxdur.
Möhtərəm cənab Prezident!
Bir vətəndaş olaraq, bir faktı da Sizin nəzərinizə çatdırmağı özümə borc hesab edirəm. İritutumlu minik avtomobillərinin şüşələri rəngli örtüklərlə örtüklənir və bu minvalla Gürcüstan Respublikasından gecə saat 3-4 radələrində yüksək rüsumlu və digər qadağan olunmuş malların, telefon zəngləri ilə, gömrük baxışı keçirilmədən, ölkəyə buraxılmasını təşkil edirlər. Ola bilsin ki, dövlətimizə, dövlətçiliyimizə, İlham Əliyev hakimiyyətinə xəyanət edilə biləcək qüvvələrin maraqlı göstərişləri həyata keçirilir.
Mən, yuxarıda qeyd etdiyim hadisələrə qarşı göz yuma bilmədiyimə görə, dövlət və dövlətçilik mənim üçün ən müqəddəs amillərdən biri olduğu üçün, gömrük postunda baş verənlər barədə ölkə prezidentinə və Gömrük Komitəsinə olduğu kimi müraciət edəcəyimi bildirdim. Mənim bu dediklərim “dövlət məmurlarının” xoşuna gəlməyərək, onları bərk qıcıqlandırdığı üçün, mənə qarşı dəfələrlə təzyiqlər, süründürməçiliklər təşkil olunmağa başladı.
Mən neçə illərdir ki, sahibkar olaraq, gömrük postlarında hansı maliyyə maxinasiyalarının, hansı oyunların getdiyini, dövlət büdcəsinin necə talan olunmasını qabaqlar da prezidentə və aidiyyəti orqanlara məlumat verərək, müraciət etmişəm. Mənim müraciətlərimdən sonra, göstərdiyim faktlar yerində araşdırılaraq, öz müsbət həllini tapmış, cinayətkarlar tutduqları vəzifələrdən azad edilmişlər.
06.07.2018-ci ildə Gürcüstan Respublikasından Azərbaycana qayıdrakən qanunsuzluqların, haqsızlıqların, süründürməçiliklərin, məmur özbaşınalıqlarının qurbanına çevrildim. Gündüz saat 14.30 radələrində gömrük postuna daxil olsam da, sərhədçilər mənim pasporumu qeydiyyatdan keçirsələr də, maşınıma gömrük baxışı keçirə biləcək bir nəfər də olsun adam tapa bilmədim. Hansı gömrük əməkdaşına yaxınlaşdımsa, dedilər, bizlik deyil. Mən bu baş verənlər barədə əsəbləşərək, öz etirazımı bildirdkə, sərhədçi otaqdan çıxıb, nə baş verdiyini soruşdu. mən baş verənləri ona danışdıqdan sonra, sərhədçi mənə bildirdilər ki, sizin maşınınıza Ayxan Əmrahov adlı gömrükçü baxır. Gömrük ərazisini nə qədər gəzsəm də, Ayxan Əmrahov adlı gömrükçünü tapa bilmədim.. Mən baş verənlər barədə ölkə prezidentinə müraciət edəcətimi bildirdikdə, mənə, özünü Kazımlı Elton kimi təqdim edən gömrükçü yaxınlaşdı. Mən Ayxan Əmrahovun harada olmasını soruşduqda, o, Ayxan müəllimin otaqda yatdığını söylədi. Buranın dövlət sərhəd məntəqəsi olmasını bildirərək, iş vaxtı onun yatma səbəbini soruşdum. O, isə, mən burada təzəyəm, burada gedən oyunlardan mənim başım çıxmır, dedi. İcazə verin, gedib kartımı gətirim, sizi yola salım.
Mən bu baş verənlər barədə növbə rəisi olan Təvəkkül Bayramovun +994552187202 nömrəli telefonuna zəng etsəm də, zəngimə cavab verilmədi Mənə söylədilər ki, Təvəkkül müəllim Gürcüstana, Qara dənizə gedən qonaqları, qadınları yola salmaqla məşğuldur. Yəqin ki, Təvəkkül Bayramov Ayxan Əmrahovla eyni əqidəli, eyni oyunun oyunçulardırılar. Saat 14.30 radələrində gömrük postuna daxil olsam da, 16.10 radələrdində Kazıml Elton kimi özünü təqdim edən gömrükçü mənim maşınıma baxış keçirərək, məni yola saldı.
Baş verənlər barədə Dövlət Gömrük Komistəsinin sədri hörmətli S.Mehdiyevə sual vermək istəyirəm: “Sınıq Körpü” Gömrük Məntəqəsində hansı gömrük şəffaflığından, hansı beynəlxalq hüquq normalarından danışmaq olar?! “Sınıq Körpü” post rəisi, onun dırnaqarası qəhramanlarının bu dövlətə, xalqa, İlham Əliyev hakimiyyətinə hansı sədaqətliyindən danışmaq olar?
Cənab Prezident!
Xahiş edirəm, baş verən qanun pozuntuları ilə əlaqədar, yuxarıda göstərdiyim faktların araşdırılıb, tədbir görülməsi üçün aidiyyəti orqanlara, müvafiq göstəriş verəsiniz.
Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

İmza: Əliyev Eyvaz İsa oğlu
tel: (055) 244 75 18
P.S. Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu yaxınlarda aşkarlıq naminə gömrük əməkdaşlarının jurnalistlərlə birgə işləməyini də tövsiyyə etmişdi. Bunları nəzərə alaraq biz də vətəndaş Eyvaz Əliyevin şikayətini ictimailəşdirmək qərarına gəldik.

Şikayət ərizəsində adları çəkilən gömrük məmurlarının hər birinin fikrini dinləməyə hazırıq.

İlham Hacalı

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ