SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heybət İmanov Sahil Babayevi məmurlarla üz-üzə qoyur

Heybət İmanov Sahil Babayevi məmurlarla üz-üzə qoyur

Tarix:

9-07-2018, 17:11

/ 1 116 dəfə oxundu.
Heybət İmanov Sahil Babayevi məmurlarla üz-üzə qoyur

ƏSMM-in daxil nəzarət şöbəsinin müdir əvəzi Səlim Müslümov komandasına qarşı qısasçılıq hissi ilə alışıb yanır.

Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edildikdən sonra qurumda bir çox kadr islahatları aparıldı. Bu islahatlarda quurmdan uzaqlaşdırılan əsas fiqurlar isə keçmiş nazir Səlim Müslümovun komandası idi. Vaxtı ilə ƏSMM-də “boz kardinal” rolunu oynayan keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Ol) adamları da aparılan kadr islahatları nəticəsində vəzifələrindən uzaqlaşdırıldılar. Sahil Babayevin ilk əvvələr nazir kimi ortaya mövqe qoyaraq keçmiş sələfinin korrupsioner məmurlarını vəzifədən uzaqlaşdırsa da, sonradan kadr islahatları dayandı.

ƏSMM-də kadr islahathatlarının dayanmasını yerli media qurumları yeni nazirin hakimiyyətdəki bəzi məmurlarla üz-üzə qalması ilə izah etdilər. Görünən odur ki, nazirliyin müxtəlif qurumlarında yüksək vəzifə sahibləri hakimiyyət daxilindəki nüfuzlu məmurların çətiri altındadırlar. Məhz bu məsələ Sahil Babayevin kadr islahatlarının dayanmasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir.

Bundan başqa nazirlik içində müavinlər Mətin Kərimli ilə İlqar Rəhimovun nüfuz dairələrini genişləndirmələri və bəzi kadrlara arxa çıxmaları da Sahil Babayevi çıxılmaz vəziyyətə salıb. Nazirlik içindən AzFakt.com-a verilən məlumata görə Sahil Babayevin daxili nəzarət şöbəsinin müdir əvəzi təyin etdiyi Heybət İmanov da Sahil Babayevi hakimiyyətdəki bir çox məmurlarla üz-üzə qoyub.

Verilən məlumatda iddia olunur ki, Heybət İmanov keçmiş nazir Səlim Müslümovun və aparat rəhbəri Əjdər Cəbiyevin adamları ilə barəbar həm də onlara yaxın münasibətdə olan digər kadrlarında təmizlənməsi ilə bağlı Sahil Babayevə təqdimat verib. Nazir həmin kadrları işdən çıxartmaq istəsə də hakimiyyət içindəki məmurlar hərəkətə keçərək Sahil Babayevin fikrindən daşındırıblar.

İnformasiya mənbələrimiz bildirir ki, Heybət İmanov vaxtı ilə onun Səlim Müslümovun komandası tərəfindən ƏSMM-dən qovulmasını hələ də həzm edə bilmir və keçmşdə olanların qısasını almaqla "alışıb yanır".

Bildirək ki, Heybət İmanov vaxtı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sabiq nazir Füzuli Ələkbərovun “qara kassa”larından sayılırdı və qurumda çox ciddi çəkiyə malik bir məmur kimi tanınırdı. Səlim Müslümov ƏSMM naziri təyin edildikdən sonra Heybət İmanovu vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə işindən qovdu.

ƏSMM-dən qovulan Heybət İmanov bir müddət Hesablama Palatasında şöbə müdirinin müavini vəzifəində çalışıb.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mənbə: AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ