yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“KFC” dövlət qanunlarına qarşı -Video

“KFC” dövlət qanunlarına qarşı -Video
28-02-2017, 16:51 339 dəfə baxılıb
yüklənir...

ATV telekanalında yayımlanan “Yoxlama” verilişində növbəti qalmaqal yaşanıb.
Verilişin çəkiliş heyəti bu dəfə məşhur dünya markası olan KFC restoranının Bakıdakı filialında olub. Lakin çəkiliş heyətinə restoranın mətbəxinə daxil olmağa icazə verilməyib. Belə ki, əvvəlcə çəkiliş heyətindən sağlamlıq kağızı istəyən restoranın ərazi üzrə meneceri onlara təqdim edilən sənədlərin özəl klinikadan verilməsini əsas gətirərək mətbəxə daxil olmağa icazə verməyib.
Bu dəfə verilişin aparıcısı Azər Zahid restoranı yoxlamağa Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla yollanıb. Lakin veriliş komandasının göstərdiyi bütün səylərə baxmayaraq təhlükəsizlik xidmətinin əməkdaşları onlara restoranın mətbəxində çəkiliş aparmağa mane olub.
Qeyd edək ki, veriliş Bakının müxtəlif iaşə məkanlarında yoxlamalar aparır. “Yoxlama”nın bir neçə həftədir yayımı dayandırılsa da yenidən bərpa edilib. Yayımın dayandırılmasına səbəb kimi isə ATV telekanalından proqramın təkminləşdirilməsi göstərilib.



www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ