SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda havanın temperaturu normanı ötdü

Bakıda havanın temperaturu normanı ötdü

Tarix:

28-02-2017, 16:39

/ 1 526 dəfə oxundu.
Bakıda havanın temperaturu normanı ötdü

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

G.Məmmədovanın sözlərinə görə, hazırda müşahidə olunan hava şəraiti anomal hesab edilmir. Belə hava şəraiti əvvəlki illərin fevral ayında da müşahidə edilib.

G.Məmmədova yaxın günlərdə hava şəraitində ciddi dəyişikliyin qeydə alınmayacağını da söyləyib.

Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılıb.

Şərhlər

XƏBƏR LENTİ