SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkar Gömrük Komitəsi tərəfindən süni maneə yaradıldığını iddia edir

Sahibkar Gömrük Komitəsi tərəfindən süni maneə yaradıldığını iddia edir

Tarix:

7-07-2018, 11:35

/ 1 333 dəfə oxundu.
Sahibkar Gömrük Komitəsi tərəfindən süni maneə yaradıldığını iddia edir

Dövlət Gömrük Komitəsinin fəaliyyəti barədə redaksiyamıza daha bir məlumat daxil olub. «ULDUZ-ELEKTRON» MMC-nin direktoru Mədəd Quluzadə Bizimxeber.az-a göndəriyi müraciətdə Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşlarının fəaliyyətindən ciddi narazılığını bildirir. Həmçinin qeyd olunur ki, hazırda ULDUZ-ELEKTRON» MMC-yə məxsus mallar gəmidə qanunsuz olaraq saxlanılır, sahibinə verilmir.

«ULDUZ-ELEKTRON» MMC-nin direktoru Mədəd Quluzadənin müraciətini və aidiyyatı üzrə sənədəri olduğu kimi təqdim edirik.

Müraciətdə deyilir:

“1 mart 2013-cü il tarixdə İran İslam Respublikasından ünvanımıza gələn mallar müəmmalı şəkildə yox olmuşdur, yəni konkret desək gömrük əməkdaşları ilə “monopolistlər” əlbir olub, bizə məxsus malı mənimsədilər. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübutunu tapmışdır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39697 manat təzminatın alınıb «ULDUZ-ELEKTRON» məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi barədə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərardad qəbul olunmuşdur.

Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini işləmiş Səfər Mehdiyev bizə aid malların mənimsənilməsinə birbaşa məsuliyyətli şəxs idi. Ona görə ki, mən bu barədə Azərbaycan Respublikasının Prezideninə müraciət etdikdə, prezident administrasiyasından Səfər Mehdiyevlə görüşdürdülər və həmin Mehdiyev malların tapılıb «ULDUZ-ELEKTRON» məhdud məsuliyyətli cəmiyyətinə təhvil veriləcəyinə söz vermişdi. Lakin bu günədək sözünü tutmadığına görə tabeliyindəki idarə təzminat ödəməyə məhkum olmuşdur.

İndi Səfər Mehdiyev hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədridir. Bu vəzifəsi ona bizə daha da geniş təzyiq göstərmək imkanı verir. Odur ki, özü tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və onun tabeliyində olan şəxslər) vasitəsilə «ULDUZ-ELEKTRON» məhdud məsuliyyətli cəmiyyətinə süni maneə yaradır, təzminatdan imtinaya məcbur etmək istəyirlər.

Bunun mümkün olmadığını gördükdə qanunsuz olaraq bizə məxsus malları gəmidə saxlamaqla zərər vurmağa çalışırlar. Mən qanuni hüququmdan istifadə edərək məhkəməyə müraciət edəcəyimi bildirdikdə məsələyə çox kinayəli baxaraq, nə istəyirsən et, bizə heç fərqi yoxdur.

Bu o deməkdir ki, məhkəməyə getdiyim halda, məhkəmə prosesi müəyyən zaman alacaqdır ki, bununla da bizə vurulan zərər kifayət qədər artacaq. Onlar yəqin ki, buna arxayındırlar.

Soruşmaq lazımdır ki, qaydalar təzminat qərarı çıxdıqdan sonramı dəyişdi? Məlum olduğu kimi bu yaxın günlərdə, yəni bizim yük gələn günə, «04» mart 2018-ci il tarixə gömrük qanunvericiliyində hər hansı dəyişiklik olmamışdır.

Yükün saxlanması bizə görə bu üç səbəblə ola bilər, ya təzminatdan imtina üçün bizə təzyiq göstərilir, ya yenidən “monolopiya” yaratmaq istəyirlər, ya da bəlkə yenə də bizim yükü mənimsəmək istəyirlər, ya da hər üçüdür. Bizi belə düşünməyə vadar edən elə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsidir. Çünki bizə məxsus yükün hansı səbəblə saxlanılması barədə «ULDUZ-ELEKTRON» MMC-yə rəsmi məlumat verilmir. Bu da bizə onların hər hərəkətindən şübhələnməyə əsas verir.

Şərhlər

XƏBƏR LENTİ