SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək

6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək

Tarix:

6-07-2018, 15:29

/ 1 216 dəfə oxundu.
6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək

"Təhsil haqqında" qanunda əhəmiyyətli dəyişikliklər olunub. Ümumilikdə "Təhsil haqqında" qanunun 21 maddəsinə 60-dan artıq dəyişiklik edilib. 2 yeni maddə əlavə edilib".

Bunu Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək: "Biz ötən il 6 yaşı tamam olmayan uşaqları yoxlamışıq və görmüşük ki, onlar digər uşaqlar kimi cavab verə bilirlər".

Şərhlər

XƏBƏR LENTİ