SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sədərək gömrüyündə ÖZBAŞINALIQ

Sədərək gömrüyündə ÖZBAŞINALIQ

Tarix:

4-07-2018, 12:16

/ 1 795 dəfə oxundu.
Sədərək gömrüyündə ÖZBAŞINALIQ

Şəxsi maşınında Bakı-Naxçıvan-Türkiyə marşurutu ilə turist gəzintisinə çıxan sosial şəbəkə istifadəçisi Əhməd Nəsibovun şikayətini sizə təqdim edirik.
Əhməd bəy yazır:
İndiki səyahət sərgüzəştlərimdən fraqmentlər - Naxçıvan.
Naxçıvanlıların nabələd qonağa doğmalıq münasibəti bizi çox məmnun etdi.
Heyif ki, Bakı-Naxçıvan-Türkiyə səyahətçisi kimi, Naxçıvan məmurların icad etdiyi qəribə özəl qaydalar bizi məyus etdi:
1. Sədərək gömrüyündə “Sürətli keçid” pul mənbəyi yaradıblar.
40 dərəcə istidə, kim könüllü 10 AzN ödəməyi razılaşırsa əvvəl növbədə o maşınları irəli buraxırlar.
2. Sən demə Naxçıvan xanəndanlığı qardaş ölkəyə keçən hər bir maşına görə 20-80 AzN ödəməyə məcbur edirlər.
Gömrük məmurları ilə olan dialoq.
- Niyə növbədən kənar maşınları buraxırsınız?
- Onlar “Sürətli keçid xidməti” üçün 10 AzN ödəməyə razlaşıblar.
- Bu istidə bizim hesabımıza pul qazanırsınız?
- Xoşun gəlmir dayanmaqdan, 10 AzN ödə keç.
- Yaxşı, 20 AzN niyə ödəməliyəm?
- Ona görə ki, birinci dəfədir keçirsən. Təkrar olsa 40; 60; 80 AzN ödüyəkdin.
- Bu hansı qanundadır?
- 93-cü il qərarı ilə bu vəsaiti Naxçıvanın abadlığı üçün yığılır.
- 1893-cü ildə?
- Yox 1993-cü ildə.
- Naxçıvan maşınları, SDK, Sınıq körpü, Astara, Biləsuvar, sərhədindən keçəndə abadlıq pulu ödəyirlər?
- Bilmirik.
Mənə təsir edən ən ağırlı dialoq Tükiyə sərhədində çıxanda sonuncu məmurla oldu.
- Yolçuluğunuz hara?
- Naxçıvanı araba ilə seyahet yapdıq. Şimdi Türkiyəni gəzərim.
- Naxçıvana bundan sonra, tovba! Eləmi? - deyib güldü.
- Siz nereden bildiniz?
- Naxçıvandan çox yabançı yolçular gördüm.
Mən də düz söz dediyinə görə hirsimdən güldüm.

Teref.info
Sədərək gömrüyündə ÖZBAŞINALIQ
Sədərək gömrüyündə ÖZBAŞINALIQ

Şərhlər

XƏBƏR LENTİ