SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mingəçevir SES gücləndirilmiş iş rejiminə keçdi

Mingəçevir SES gücləndirilmiş iş rejiminə keçdi

Tarix:

3-07-2018, 18:45

/ 1 645 dəfə oxundu.
Mingəçevir SES gücləndirilmiş iş rejiminə keçdi

Mingəçevir Su Elektrik Stansiyası (SES) gücləndirilmiş iş rejiminə keçib.
Buna ötən gecə “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəb olub.
Əldə edilən məlumata əsasən, yayda adi rejimdə Su Elektrik Stansiyasının 6 hidroaqreqatından 2 və ya 3-ü enerji istehsalına təhkim edilirsə, gücləndirilmiş rejimdə 5 və ya 6 hidroaqreqatın hər biri bütün gücü ilə istehsala cəlb olunur. Bu isə 6 hidroaqreqatın hər birinin saatda 70 MVt elektrik enerjisi istshsal etməsi deməkdir.

Qeyd edək ki, Mingəçevir SES-də aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra aqreqatların istehsal gücü 60 MVt/saatdan 70 MVt/saata çatdırılıb.

Şərhlər

XƏBƏR LENTİ