SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fermerlər PA qarşısında - “Hektarlarla torpağımızı əlimizdən alıblar

Fermerlər PA qarşısında - “Hektarlarla torpağımızı əlimizdən alıblar

Tarix:

17-01-2017, 17:15

/ 1 867 dəfə oxundu.
Fermerlər PA qarşısında - “Hektarlarla torpağımızı əlimizdən alıblar

Şamaxı və Ağsudan olan fermerlər Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib
Fermerlər illərlə istifadə etdikləri torpaqların əllərindən alındığı üçün narazıdırlar. Onların sözlərinə görə, yerli icra hakimiyyətləri bir neçə il əvvəl 15 illik müqavilə ilə hektarlarla torpağı fermerlərə icarəyə verib. Lakin ötən ilin noyabrında həmin torpaqlardan çıxmaları ilə bağlı bildiriş alıblar. İcra hakimiyyətlərinin nümayəndələri ərazilərin təyinatının dəyişdirildiyini, bundan sonra əkin sahəsi kimi istifadə olunacağı üçün belə addım atdıqlarını deyiblər.

Fermerlər bildirir ki, Ağsu və Şamaxı rayonlarında 50 min hektar ərazidə 130-a yaxın fermer təsərrüfatları var. Hər təsərrüfatda da 4-5 ailə çalışır.

Fermerləri Prezident Administrasiyasının şöbə müdirlərindən biri qəbul edib.

İcra Hakimiyyətlərindən isə məsələyə münasibət bildirmək istəməyiblər.

Şərhlər

XƏBƏR LENTİ