SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 13 yaşlı şagird müəllimindən hamilə qaldı —Azərbaycanda dəhşətli hadisə

13 yaşlı şagird müəllimindən hamilə qaldı —Azərbaycanda dəhşətli hadisə

Tarix:

3-07-2018, 12:21

/ 1 692 dəfə oxundu.
13 yaşlı şagird müəllimindən hamilə qaldı —Azərbaycanda dəhşətli hadisə

7-ci sinif şagirdini zorlayan müəllim yenidən məhkəmə qarşısına çıxacaq.

xalqxeber.az "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.3-cü maddəsi ilə məhkum olunan İbrahimov Elnur Həsənağa oğlunun məhkəmə prosesi iyul ayının 10-da Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

2016-cı ilin may ayında Şamaxıda sözün əsl mənasında qan donduran cinayət baş verib. Rayonun Pirbəhli kənd məktəbinin 7-ci sinif şagirdi, 13 yaşlı qız müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə qalıb.
Kifayət qədər imkansız olan ailənin rayonun hüquq mühafizə orqanlarına etdiyi şikayət hələ ki, nəticəsiz qalıb. Belə ki, Elnur adlı "müəllim”in "səyləri” nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 13 yaşlı şagirdin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Şamaxı rayon məhkəmə tibb ekspertinin rəyinə əsaslansaq, həddi-buluğa çatmamış, 7 aylıq hamilə olan azyaşlının zamanəmizin Məryəm anası olduğu qənaətinə gəlmək olar.

İlkin olaraq Şamaxı rayon hüquq mühafizə orqanları məsələyə seyirçi mövqe nümayiş etdiriblər. Yalnız bir neçə gün sonra rayon prokurorluğu 13 yaşlı, həddi-buluğa çatmamış şagirdin guya öz müəllimi ilə könüllü intim əlaqədə olması kimi məlumat yayıb. Orta təhsilli olan İbrahimov Elnur Həsənağa oğlu isə şikayətdən bir neçə gün sonra da Şamaxı rayon Pirbəhli kəndində sinif otaqlarına müəllim kimi daxil olub. Ancaq araşdırmaların sonunda Şamaxı rayon prokurorluğunda cinayət məcəlləsinin 152.3 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və İbrahimov Elnur Həsənağa oğlu təqsirləndirilən şəxs qismində həbs olunub.

Şərhlər

XƏBƏR LENTİ