SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nar” əmək yarmarkasında iştirak edib

“Nar” əmək yarmarkasında iştirak edib

Tarix:

3-07-2018, 10:34

/ 856 dəfə oxundu.
“Nar” əmək yarmarkasında iştirak edib

29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən “Nar” müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan edib. xalqxeber.az xəbər verir ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarətdir. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət ediliblər.

Qeyd edək ki, ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında isə “Nar” “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.

“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini istifadəyə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Şərhlər

XƏBƏR LENTİ