SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki ən böyük ticarət mərkəzində BAHALAŞMA GÖZLƏNTİSİ - SƏBƏB?

İki ən böyük ticarət mərkəzində BAHALAŞMA GÖZLƏNTİSİ - SƏBƏB?

Tarix:

30-06-2018, 11:38

/ 1 670 dəfə oxundu.
İki ən böyük ticarət mərkəzində BAHALAŞMA GÖZLƏNTİSİ - SƏBƏB?

Bakı Baş Gömrük İdarəsi gömrük rəsmiləşməsi rüsumlarını 2 dəfə artırmasından narazı qalan idxalçı sahibkarlar (əsasən Sədərək və Binə yarmarkaları) sahibkarlar müflis olduqlarını elan ediblər.

Bunu Altay Sosial-İqtisadi Araşdırmalar mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.

O, qeyd edib ki, sözügedən sahibkarlar hazırda Bakı Baş Gömrük İdarəsinə şikayətə yola düşüblər. Onun sözlərinə görə, gömrük bəyannaməsində idxal olunan malların idxalçı tərəfindən göstərilən və istehsalçıdan aldığı qiymət sənədinə əhəmiyyət verilmir:

"Gömrük İdarəsi tərəfindən bəyannamədə malların rəsmi qiyməti 2 dəfəyə yaxın şişirdilir və idxalçılardan gömrük rüsumları buna görə tutulur. Bu rəqəm 40 faizə yaxındır. Misal üçün sahibkar dünya bazarında qiyməti 1 dollar olan mal gətirir və istehsalçı zavoddan da malı 1 manata aldığı haqda bağladığı müqaviləni də gömrüyə təqdim edir, gömrük isə deyir ki xeyr bu malı 2 manatdan sayacağıq.Gömrük bəyannaməsində idxal olunan malların qiymətinin süni şişirdilməsi nəticəsində müvafiq olaraq kargo və vergi ödənişləri də xeyli artır. Son nəticədə bazarda məhsulların qiyməti 2 dəfə bahalaşacaq".

Şərhlər

XƏBƏR LENTİ