yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb
23-06-2018, 10:57 387 dəfə baxılıb

Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib. "Qafqazinfo” xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb. Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.
Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, "uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.
Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. "Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, iş vaxtı olmadığı üçün sözügedən bağçadan münasibət öyrənmək mümkün olmadı. Mövzunu diqqətdə saxlayacağıq.
Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb
Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb
Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ