yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycan Dövlət Neft və Sənaye Azərbaycan Universitetində kütləvi Narazılıq

Azərbaycan Dövlət Neft və Sənaye Azərbaycan Universitetində kütləvi Narazılıq
20-06-2018, 17:15 1 205 dəfə baxılıb

Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının əməkdaşları kafedra müdiri Sevinc Babayevadan Təhsil naziri Ceyhun Bayramova şikayət etdilər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının bir qrup müəllimi Rubrika.az saytına müraciət edərək kafedra müdiri Sevinc Babayevadan şikayətlərini bildirirlər. Müraciət müəllifləri bildirir ki, S. Babayevanın kafedraya rəhbər təyin edilməsinin özü belə qanunsuz baş tutub. Heç bir seçki keçirilmədən bilavasitə təyinat yolu ilə kafedraya müdir gətirilən S. Babayevanın təyinatından dərhal sonra kütləvi narazılıqlar başlanılıb. Kollektivlə işləməyi bacarmayan, yalnız öz iradəsini həyata keçirməyə çalışan S. Babayeva barəsində dəfələrlə rektora, dekana şikayətlər edilsə də heç bir nəticə əldə olunmayıb. Artıq iki ilə yaxındır ki, rektor Mustafa Babanlı, dekan Zakir müəllim sadəcə edilən şikayətləri yola verməklə məşğuldurlar, bütöv bir müəllimlər ordusunun fikirləri heçə sayılır, onların tələblərinə məhəl qoyulmur.
Şikayətçilər bildirirlər ki, S. Babayevanın təyinatının ilk günlərində kütləvi narazılıqlar başlanmışdı. Kafedranın demək olar ki, bütün müəllimlıəri ayağa qalxaraq bu təyinata etiraz etsələr də, rektor Mustafa Babanlı kafedra əməkdaşlarını qəbul edərək hər şeyin yaxşı olacağına, onların tələblərinin yerinə yetiriləcəyinə söz verib. Ancaq bu vədlərin verilməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq heç bir dəyişiklik baş verməyib. M.Babanlı nədənsə kafedra əməkdaşlarının fikirlərinə, tələblərinə məhəl qoymur, hər vəchlə S. Babayevanı müdafiə edir.
Rubrika.az saytına müraciət edən şikayətçilər Sevinc Babayevanın kafedraya düzgün rəhbərlik etmədiyini, öz əməlləri ilə kütləvi narazılıqlar formalaşdırdığını bildirirlər. S. Babayeva öz işinin mahiyyətini dəqiq bilmir, onun rəhbərliyi kafedranın bütün fəaliyyətini iflic edib. Ümumi işin ziyanına atdığı addımlar, müəllimlərin fikirlərinə məhəl qoyulmaması, yalnız öz bildiyini etmək S. Babayevanın iş üslubudur. Onun qeyri-adi ekspermentlərinin isə nəyə xidmət etdiyini yəqin ki, özündən başqa bilən yoxdur. Belə ki, rus bölməsinə Azərbaycan dili dərsləri, Azərbaycan dili bölməsinə isə rus dili dərsləri verməsinə müəllimlər nə qədər çalışsalar da heç bir məntiqi izah tapa bilmirlər. Bu barədə kafedrada dəfələrlə kütləvi narazılıqlar baş versə də rəhbərlik heç bir tədbir görməyib, müəllimlərin fikirlərinə məhəl qoyulmayıb.
Şikayətçilər ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova müraciət edərək vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər. Onların sözlərinə görə dekan Zakir müəllimin vəziyyətə müdaxilə etmək imkanı yoxdur, konkret olaraq mövcud vəziyyət onun imkanları xaricindədir. Universitetin rektoru M. Babanlı isə bütün tələblərə, etirazlara baxmayaraq S. Babayevanı müdafiə etməkdə davam edir. Müraciət müəllifləri bildirirlər ki, onların tələblərinə məhəl qoyulmazsa yeganə çıxış yolu kimi ərizə yazıb kütləvi surətdə işdən getməyi düşünürlər. Çünki illərdir ki, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinin alimlərinin müraciətlərinə, şikayətlərinə məhəl qoyan yoxdur. Bütöv bir ziyalı kontingentinin fikirləri bir şəxsin maraqlarına qurban edilir. Görəsən o hansı əlahiddə səbəblərdir ki, bütöv bir kafedranın fəaliyyətini iflic etməsinə baxmayaraq S. Babayevanı toxunulmaz edib ? Mustafa Babanlı universitetin əməkdaşlarının tələblərini niyə bir nəfərin maraqlarına qurban verir ?

Yəqin ki, tezliklə bütün bu suallara cavab tapılacaq. Mövzunu diqqətdə saxlayacağıq.

Rubrika.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ