SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağacları kəsən məşhur restoran sahibi həbs edildi

Ağacları kəsən məşhur restoran sahibi həbs edildi

Tarix:

18-06-2018, 14:59

/ 1 996 dəfə oxundu.
Ağacları kəsən məşhur restoran sahibi həbs edildi

Restoran sahibi ağacları məhv etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq.

İyun ayının 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə “Bulaq” restoranının sahibi Eldar Müseyib oğlu Quliyevin məhkəmə prosesi keçiriləcək. Təqsirləndirilən şəxsə qarşı cinayət məcəlləsinin 260.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin avqust ayında Binəqədi rayonu, Biləcəri qəsəbə sakini tərəfindən “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda yerləşən “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv edilməsi ilə yüksək gəlirliliyə nail olmaq üçün həmin iaşə obyektinə Biləcəri bələdiyyəsi tərəfindən icarəyə verilmiş 9503,3 kv.m torpaq sahəsində mövcud olan 67 ədəd Eldar şamının dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökməklə məhv etməsinə, həmçinin 2 ədəd ağacı kötüyündən kəsərək təbiətə ümumilikdə 57 min 360 manat məbləğində ziyan vurmasına dair şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 260.3 (meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ