yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İki çimərlikdə təhlükə aşkarlandı

İki çimərlikdə təhlükə aşkarlandı
14-06-2018, 13:02 198 dəfə baxılıb

Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:

“Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib.

Qaradağ rayonunun “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Bağırsaq çöpləri aşkarlanıb. Digər ərazidə yerləşən çimərliklər isə standartara cavab verir.

Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyundan nümunələrin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq.

Qeyd edək ki, iyunun 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ