SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azad Rəhimovun “Topaz” qumarından xalqa mürtəce zərbə: 3 manatlıq tamah...

Azad Rəhimovun “Topaz” qumarından xalqa mürtəce zərbə: 3 manatlıq tamah...

Tarix:

14-06-2018, 09:21

/ 1 550 dəfə oxundu.
Azad Rəhimovun “Topaz” qumarından xalqa mürtəce zərbə: 3 manatlıq tamah...

Azərbaycanda mərc oyunlarını təşkil edən “Topaz” dünya kuboku ərəfəsində mürtəce və anti-xalq qərar qəbul edib

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı başlar-başlamaz “Topaz” minimum mərc qoyuluşunu 3 manata qaldırıb.

Bir ay davam edəcək futbol oyunlarına böyük maraq olduğunu nəzərə alan şirkət fürsətdən sui-istifadə edərək pul qoyuluşunu 1 manat artırıb.

Bu qərar isə sosial şəbəkələrdə etirazla qarşılanıb. “Topaz”ın addımını soyğunçuluq, fürsətcillik və sui-istifadə kimi qiymətləndirən mərc oynayanlar gənclər və idman naziri Azad Rəhimovu ittiham ediblər.

Doğrudur, ETOPAZ müştəriləri minimum mərci 2 manat deyil, 1 manata edə biləcəklər. Yəni, electron qaydada ödəniş 1 manata endirilib.

Ancaq nəzərə alınmalıdır ki, bu gün əksər bukmeyker kontorlarına gedənlər virtualdan ödəniş etmirlər. İnsanlar “Topaz” məntəqələrinə üz tutaraq orda kofiçent yazırlar.

2015-ci ilin dekabrından bütün TOPAZ sistemində minimum mərc 2 manat təyin olunmuşdu. Ona qədər 1 manat idi.

12 iyun 2018-ci ildə isə TOPAZ Bakıdakı dilerləri üçün minimum mərcin 3 manata qaldırılması ilə bağlı qərar qəbul edib. Bu da xalqın cibinə girməkdir.

Çünki mərc qoyanlar artıq 2 manat yox, azı 3 manat uduzacaqlar. Və etopaz.az vasitəsi ilə yox, “Topaz” məntəqələrindən uduş qoyanların sayı üstünlük təşkil edir.

Şirkətin belə addım atması feysbukda qəzəblə qarşılanıb və qarət kimi dəyərləndirilib. Faktiki olaraq “Topaz” rəhbərliyi onsuz da günbəgün öldürdüyü əmsalların üzərindən bir də məbləği qaldırıb və sırf DÇ 2018-in başlamasından istifadə edib.

“Topaz” məntəqələri işlədən sahibkarları da nəzərə almayıb. Çünki bu qərar müştərilərin bukmeyker kontorlarından qaçmasına səbəb olacaq.

Eyni zamanda onların bir ay ərzində zərərlə işləməsinə, müştərilərin sayının azalmasına gətirib çıxara bilər. Hər iki tərəfə zərərli olan bu siyasətin arxasında hansı məqsədlər dayandığı aydın deyil.

Sadəcə, “Topaz” rəhbərliyi bu çempionat getdiyi günlərdə daha çox varlanmaq istəyindədir və tamah güc gəlib.

"Topaz"gənclər və idman naziri Azad Rəhimovun nəzarəti altındadır. Belə ki, "Topaz"ın idarəedici şirkətinə məhz Rəhimovun yaxın dostu (bəzi mənbələrdə hətta qohumu) olduğu bildirilən şəxs rəhbərlik edir.

Burdan gələn böyük pulların etibarlı əllərə toplanması üçün nazir totalizatorlara nəzarəti öz yaxın adamı Azər Məhərrəmova tapşırıb.

2010-cu ilin yanvarında Azərbaycanda mərc oyunları Milli Məclisin qərarı ilə leqallaşdırıldı və “Azərinteltek” adlı Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı.

Bir il sonra QSC tərəfindən “Topaz” əmtəə nişanı təsis edildi və ölkəmizdə faktiki olaraq leqal mərc oyunlarının keçirilməsi başlandı.

Nazirin nəzarətində olan qurum qumar bazarını monopoliyaya aldıqdan sonra illərdir ki, oyunlarında aşkarlanan qanun pozuntuları və vergidən yayınma halları barədə ən müxtəlif səviyyələrdə, hətta Milli Məclisdə də dəfələrlə məsələ qaldırılıb.

Heç kimə sirr deyil ki, hər gün futbol oyunlarına qoyulan proqnozlardan milyonlarla manat qazanılsa da, bu vəsaitin nə qədərinin dövlət büdcəsinə vergi şəkilində verilməsi daima müzakirə mövzusu olub.

Milli Məclisdə bununla bağlı səslənən ittihamlara nazir son olaraq belə bir münasibət bildirmişdi. A.Rəhimov demişdi ki, “Topaz”ın işi tam şəffafdır və idmanın inkişafına xidmət edir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ