yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

4 minə yaxın sakini daşımağa avtobus yoxdur… - GİLEY

4 minə yaxın sakini daşımağa avtobus yoxdur… - GİLEY
13-06-2018, 17:42 327 dəfə baxılıb

Binəqədi rayonu “8 Mart”, “Şahbazov” və “Cəfər Cabbarlı” küçələrinin sakinləri marşrut problemi yaşayırlar.

Sakinlər müvafiq qurumlara müraciət edib, cavab ala bilməyincə məsələni ictimailəşdirmək üçün musavat.com-a şikayət ünvanlayıblar.

Sakinlərin şikayətində bildirilir: “Əvvəllər ərazidən 43 nömrəli marşrut keçirdi. Bu, normal qaydada işləyib, ərazidəki sərnişin yükünü daşıya bilirdi. Sonradan isə 45 nömrəli marşrutun nəzdinə salındı və bir ədəd təmirsiz, köhnə avtobus verdilər. Hazırda həmin avtobus da gah işləyir, gah da xarab olur, xəttə çıxmır. Qahir adlı sürücü 43 nömrəli marşruta ayrılan “50 CK 420” dövlət nömrə nişanlı avtobusu 45 nömrəli marşrut xəttinə salıb, orada işlədir. Nəticədə “8 Mart”, “Şahbazov” və “Cəfər Cabbarlı” küçələrində yaşayan 3 minə yaxın adam yollarda qalır. Küçədə xaos halı yaşanır və böyüklər işə, uşaqlar məktəbə gedə bilmirlər. Artıq o həddə çatmışıq ki, yollara çıxıb, etiraz edəcəyik. Marşrutda sərnişin daşımaq icazəsi, sürücülük vəsiqəsi olmayan, avtobusda bütün günü siqaret çəkən sürücülər işləyirlər. Soruşanda niyə siqaret çəkirsən, cavab verir ki, “ayə, sən kimsən, yaxşı edirəm”. Əgər 43 nömrəli marşrut, 45 nömrəli marşrutun nəzdindən aralanıb, ayrı işləsə, daha yaxşı olardı. Metronun “Azadlıq” stansiyasından, “Nəsimi” stansiyasına qədər olan məsafəyə əlavə 2-3 avtobus buraxılsa, problem həllini tapar”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən mövqe öyrənməyə cəhd etsək də qurum tərəfindən problemə münasibət bildirilmədi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ