yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Mətbuat Şurası bir sayta xəbərdarlıq edib

Mətbuat Şurası bir sayta xəbərdarlıq edib
13-06-2018, 16:29 193 dəfə baxılıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda ilk olaraq, Beyləqan rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşının “cianews.info” saytına qarşı şikayətinə baxılıb. Komissiya üzvləri məsələnin daha detallı araşdırılmasını məqbul biliblər.

“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın bir qrup saytlara qarşı müraciətini araşdıran komissiya üzvləri şikayətçi tərəfin öz şikayətini əsaslandırmaq üçün yetərli arqument gətirə bilmədiyini bildiriblər.

Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Şahmalı qızı Abbasovanın “xeberekspress.az” saytının keçmiş əməkdaşı Akif Cəfərova, “doğruxeber.az” və digər saytlara qarşı şikayətinə baxan komissiya üzvləri qərara gəliblər ki, məsələ daha geniş kontekstdə MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılsın.

Bakı şəhər sakini Allahverdi Mirzəyevin “Dəryaz.az” saytına qarşı müraciətinin müzakirəsi zamanı rəyə gəlinib ki, xəbər saytı Peşə davranış qaydalarının balans və oyektivlik prinsipini pozub. Sayta xəbərdarlıq edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ