yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nazir müavinləri deputatın zəngini saymadı: “Məktəblərdə “fondpulu” yığılır”

Nazir müavinləri deputatın zəngini saymadı: “Məktəblərdə “fondpulu” yığılır”
12-06-2018, 23:21 178 dəfə baxılıb

“Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməmişdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat bildirib ki, bu gün məktəblərdə “fond pulu” yığılır. “Deyirlər ki, məktəblərdə pul yığmağı yığışıdrıblar. Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə “fond pulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.
Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib

“Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur.

Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ