yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Daha bir vəkil cəzalandırıldı: İradə Cavadovanın üzvlüyünə xitam verilir

Daha bir vəkil cəzalandırıldı: İradə Cavadovanın üzvlüyünə xitam verilir
12-06-2018, 11:01 161 dəfə baxılıb

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Belə ki, şikayətçi K.M. göndərdiyi teleqramla Kollegiyaya müraciət edərək bildirib ki, vəkil Cavadova İradə Arif qızı şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün.

Şikayət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmiş, şikayətçi intizam araşdırması çərçivəsində izahat vermiş, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb. Şikayətçi K.M. öz izahatında, ilkin müraciətdə qeyd edilənləri bir daha təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, vəkil İradə Cavadova tərəfindən əsassız olaraq onun barəsində məlumatların yayılması həqiqətən onun şərəf və ləyaqətinə toxunmuş və şikayətinin geri götürülməsi ilə əlaqədar vəkil İradə Cavadova tərəfindən ona təzyiqlər edilmişdir. Vəkil İradə Cavadova Komissyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməmişdir.Komissiyanın rəyinə əsasən, müəyyən olunmuşdur ki, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirmiş, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını da təkzib etməmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədəki imzanın şikayətçiyə məxsus olub-olmaması məsələsinin araşdırılması isə intizam icraatı araşdırmasının predmeti olmamışdır.

Beləliklə, vəkil İradə Cavadova tərəfindən vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halları müəyyən olunduğundan sonuncu barəsində kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuşdur.Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha KİV nümayəndələrindən yoxlanılmamış məlumatları dərc etməməyi, yaranmış suallarla bağlı bilavasitə Vəkillər Kollegiyasının mətbuat xidmətinə müraciət etmələrini xahiş edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ