SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fermerlər narazılıq edirlər... - SƏBƏB

Fermerlər narazılıq edirlər... - SƏBƏB

Tarix:

11-06-2018, 13:15

/ 1 214 dəfə oxundu.
Fermerlər narazılıq edirlər... - SƏBƏB

İmişli rayonunun 4 kəndində kombayn qıtlığı yaranıb.

Bu barədə "Report"un Aran bürosuna rayonun Xəlfəli kəndinin sakinləri bildirib.

Kənd sakini Elçin İsazadənin sözlərinə görə, rayonun 4 kəndinin taxıl zəmilərinin biçilməsi üçün cəmi bir kombayn ayrılıb: "Buna görə də arpa və buğda biçində problem yaranıb. Həmçinin məhsul yerə tökülür, çəyirtkə və sərçələr də taxıla ziyan vurur. Bu səbəbdən 45-55 sentner məhsul verən yerlərdən cəmi 10-15 sentner məhsul yığmaq mümkün olur. Əvvələr kəndə iki kombayn ayrılmışdı. İndi isə sahələrdə bir kombayn çalışır. Bu da vəziyyəti daha ağırlaşdırır".

Sakinlərin bildirdiyinə görə, Xəlfəli kəndində çalışan kombayn eyni zamanda rayonun Qulubəyli, Kürdmahmudlu və Hacalmuradlı kəndlərində də xidmət göstərdiyindən bu kəndlərdə də kombayn qıtlığı yaranıb.

Şərhlər

XƏBƏR LENTİ