yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Hacıqabulda qəribə olay - Vəfat etmiş şəxsin adına cərimə protokolları göndərilir - VİDEO

Hacıqabulda qəribə olay - Vəfat etmiş şəxsin adına cərimə protokolları göndərilir - VİDEO
9-06-2018, 10:26 512 dəfə baxılıb

Dünyasını dəyişsə də adına radara düşmüş avtomobillərin cərimə protokolları gəlir.

Qəribə hadisə Hacıqabul rayonu Qarasu kəndində baş verib.

Kənd sakini Şamil Azadovun atasu Əmrah Azadov 2015-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, tez-tez ünvanlarına cərimə protkolları göndərilir. Onun sözlərinə görə, protokolda göstərilən avtomobillər əvvəllər onun atasının adına olsa da, maşınlardan biri 2002-ci ildə, digəri isə 2007-ci ildə satılıb.

Şamil Azadov bidirir ki, atasının ölüm kağızı da var və bu sənədi 2015-ci ildə dövlət orqanlarına təhvil verib. İndi o, bu cərimələrin ona və ailəsinə problem yaradacağından ehtiyat edir.

Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Rüfət Quliyev isə bildirib ki, sözügedən avtomobillər hələ də dünyasını dəyişmiş şəxs Əmrah Azadovun adınadır və onun verdiyi etibarnamələrin vaxtı bitdiyindən cərimə protokolları da Əmrah Azadovun adına göndərilir. Bunun olmaması üçün həmin şəxsin qohumu, ölüm kağızını Baş Dövlət Yol Polis İdarəsinə göndərməlidir ki, onun adı mərkəzi bazadan çıxarılsın. \\XəzərXəbər

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ