SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 5 ay ərzində əlilliyi olan 500-dək vətəndaş əlil arabası ilə təmin olunub

5 ay ərzində əlilliyi olan 500-dək vətəndaş əlil arabası ilə təmin olunub

Tarix:

8-06-2018, 14:41

/ 1 703 dəfə oxundu.
5 ay ərzində əlilliyi olan 500-dək vətəndaş əlil arabası ilə təmin olunub

2018-ci ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan 500-dək vətəndaşı əlil arabası ilə təmin edib. Təkcə son üç gündə 30 nəfərdən çox əlilliyi olan şəxsə müraciətlərinə uyğun olaraq əlil arabası təqdim olunub.
Məlumat üçün bildirək ki, əlil arabası əldə etmək üçün əlilliyi olan şəxsin müraciəti əsasında tibbi göstəriş ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən nazirliyin elektron informasiya sisteminə daxil edilir. Sistemdən alınmış həmin məlumat əsasında şəxsin əlil arabası ilə təminatı həyata keçirilir.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ