SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR

Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR

Tarix:

8-06-2018, 14:13

/ 1 447 dəfə oxundu.
Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR

Azərsu Xətai rayonunda olan küçələrdə evlərə su xəttləri çəkir.

Məlumat verən sakin bildirib ki, Xətaidə rayonunda Neapol, Nəsrəddin Tusi küçəsində, Gəncə prospektində və digər yerlərdə evlərə yeni su xəttləri çəkilib. Sakin deyib ki, iş gedən bütün küçələrdə su xəttlərinin üzəri bağlansa da, Nəsrəddin Tusi küçəsi ev 21-in qarşısında olan yollar düzəldilməyib:

"Artıq 1 həftədən çoxdur ki, evin qarşısında olan yollar düzəldilmir və gedib gələn olmur. Bu da bizim üçün problem yaradır”.

Azərsu ASC Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Cebhe.info-ya açıqlamasında bildirib ki, ola bilər ki, sözü gedən ərazidə işlər yekunlaşmayıb:

"Ola bilər ki, orada iş yekunlaşmayıb və bunun üçün də ora düzəldilməyib. Biz orada olan küçələrə su xəttləri çəkdikdən sonra üstləri bağlayırıq. Bu bizim borcumuzdur.
Dediyiniz ərazi ilə bağlı mən indi maraqlanacam və öyrənəcəm ki, orada iş hansı səbəblərdən getmir. Əmin olun ki, orada olan iş sona çatdırılacaq və su xəttlərinin çəkilməsi üçün dağılmış yol və xəttlərin üstləri bağlanılacaq”.
Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR
Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR
Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR
Azərsu" yolu qazıb, qoyub getdi: Sakinlər 1 həftədir gözləyir - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ