SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 3 gün hava pis olacaq - Xəbərdarlıq

3 gün hava pis olacaq - Xəbərdarlıq

Tarix:

6-06-2018, 13:47

/ 1 572 dəfə oxundu.
3 gün hava pis olacaq - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında iyunun 07-si axşamdan 09-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 09-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

İyunun 07-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ