SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » General Vüsal Novruzovun KARQO ŞİRKƏTLƏRİNDƏ yoxlamalar başladı -HƏBSLƏR VAR

General Vüsal Novruzovun KARQO ŞİRKƏTLƏRİNDƏ yoxlamalar başladı -HƏBSLƏR VAR

Tarix:

6-06-2018, 12:09

/ 3 228 dəfə oxundu.
General Vüsal Novruzovun KARQO ŞİRKƏTLƏRİNDƏ yoxlamalar başladı -HƏBSLƏR VAR

Vüsal Novruzov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan kimi bir çox saytlar onun barəsində silsilə yazılar yazmağa başlayıb. Əslində bu təbiidir. Çünki, bu şəxs 15 ilə yaxın -paytaxtın gömrük rəisi olduğu müddət ərzində demək olar ki, özünə böyük bir "imperiya” yaratmışdır. Onun "imperiyası” dövlətin içində dövlətə bənzəyirdi. Ancaq necə deyərlər, hər bir kinonun sonu olduğu kimi, hər bir məmurun da vəzifəsinin axırı nə vaxtsa gəlib çıxır.
Vaxtı ilə Vüsal Novruzovdan ölkə mətbuatı çox yazıb;onun xarici ölkələrə aparıb yatırtdığı milyardlardan tutmuş bir çox başqa məsələlərəcən… Ancaq gəlin baxaq görək bu şəxs vəzifədə olduğu illər ərzində milyardlara necə sahib olub və sonda elə o pulların da güdazına gedib… Son vaxtlar demək olar ki, DGK-nin bütün kadr məsələləri Vüsal Novruzova həvalə olunmuşdur.
Maraqlıdır ki, Vüsal Novruzovun bir neçə "qara kassir”i də olub. Biz hətta həmin "qara kassirlər”dən bir neçəsinin adlarını da çəkə bilərik. Məsələn , Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun qudası Yusif Tağıyev və onun qaynı Faiq Sadiqov 15 ilə yaxın Vüsal Novruzovun "qara kassirləri” olublar.
Əsas da böyük maxinasiyalara əl atan , bir çox iş adamlarını Vüsal Novruzovun vasitəsilə müflis edən Faiq Sadiqov olub. Vüsal Novruzovun son vaxtlar bir neçə karqo şirkətləri fəaliyyət göstərirdi. Hətta bu karqo şirkətlərinə yol açıb bazara salmaq üçün Faiq Sadiqov şefinə məsləhət görür ki, digər karqolara problem yaradıb onları bazardan çıxartmaq lazımdır. Və Vüsal Novruzov öz gücünü işə salır.
Əldə etdiyimiz məlumata görə Faiq Sadiqovun bu hiyləgər planından bir çox karqo şirkətləri ziyana uğrayıb əziyyət çəkiblər. Ancaq Vüsal Novruzov Faiqin planını sonacan reallaşdıra bilmir.
Belə ki, Vüsal Novruzov tutduğu vəzifəsindən alınan kimi onun öz karqolarında yoxlamalar, həbslər başlayır və Faiq Sadiqov ölkədən qaçır. Faiq Sadiqovun yeznəsi Yusif Tağıyev isə istintaqa çağırılsa da hələ ki, o qudası Malik İsaqova görə həbs olunmayıb.
Ancaq Vüsal Novruzovun törətdiyi cinayətlər bununla bitmir. 365info.org saytına daxil olan məlumata görə Vüsal Novruzovun şirkətləri ölkədə yalnız idxalla məşğul olmayıb.Ona yaxın olan bir çox şirkətlər ölkədən müxtəlif növ malları ixrac edərək milyonlarla pulu vergidən yayındırıblar.
Çox güman ki, DGK-nin yeni sədri Səfər Mehdiyev bizim bu yazdıqlarımızı nəzərə alaraq Vüsal Novruzovun idxal və ixracla məşğul olub vergidən yayınan şirkətlərinin fəaliyyətini yoxlatdırıb hüquq mühafizə orqanlarına təhvil verəcək.
Bizi izləyin, araşdırmamız davam edir. Gələn yazımızda Vüsal Novruzov və Faiq Sadiqovun müflis etdiyi iş adamı Əlisəfa Əliyev barədə şok məlumatlar verəcəyik.

365info.org

Şərhlər

XƏBƏR LENTİ