SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsu” şefindən regionlardakı abonentlərə Kərbəla məşəqqəti

“Azərsu” şefindən regionlardakı abonentlərə Kərbəla məşəqqəti

Tarix:

6-06-2018, 09:06

/ 1 305 dəfə oxundu.
“Azərsu” şefindən regionlardakı abonentlərə Kərbəla məşəqqəti

Azərbaycanda su borusu çat verən və yaxud zədələnən abonentin başına müsibət gətirilir. Vətəndaş az qala özünü Kərbəla çölündə hiss edir

Redaksiyamıza çoxsaylı oxucu məktublarından belə qənaətə gəlmək olar ki, “Azərsu” ASC-nin yerli idarələri abonentlərin başına oyun açırlar.

Araşdırmalardan məlum olub ki, “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov cəncəlli, labirintli bir mexanizm qurub.

Hətta güc strukturlarında belə iyerarxik əngəl yoxdur. Belə ki, hansısa rayonda abonentin su xəttində qırıq varsa, yerli idarəyə müraciət etməlidir.

Əgər bəxtin gətirmədis əv müraciət 5-ci günə təsadüf etdisə, azı 3 gün susuz qalırsan. Çünki yerli idarə baş idarəyə məlumat göndərir.

“Azərsu” ASC isə həftə sonu olduğuna görə problemə bazaar ertəsi baxmalıdır. Həftənin 1-ci günü isə baş idarədə məsul şəxslərin qrafiki gərgin olduğuna görə yerli idarəyə vaxt ayıra bilmirlər.

Ən nəhayət, anbara məlumat yollanır və xidməti maşın ayrılır, qırıq xətt üçün 3 metr boru verilir, benzin xərci çəkilir, nəhayət su bərpa olunur. Bu neçə gün ərzində isə su itkiyə gedir.

Oxucular yazırlar ki, əksər regionlarda oxşar problemdir. “Azərsu” ASC-nin regional şöbələri abonentlərə əsl məşəqqət yaşadırlar.

Yay mövsümündə abonentin su xəttində problem yarandısa, yandı deməkdir. Çünki Q.Hüseynovun proseduru cəhənnəm əzabı, səhra müsibətidir.

Əvəzində isə qırıq borunun bərpası üçün hesabdan silinir, maxinasiyaya, yeyintiyə yol verildiyi iddia olunur.

Araşdırmalardan məlum olub ki, Qorxmaz Hüseynov bütün iri işləri bacısıoğlu Yusifəli, qaynı Namiq və qardaşı Məhəmmədə həvalə edib.

Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da Yusifəlinin gəlirinə təsiri var.

ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır.

Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.

Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.

Araşdırmalar zamanı o da məlum olub ki, Qorxmaz Hüseynovun rəhbəri olduğu qurumun böyük və pullu işlərini tapşırdığı digər bir şəxs isə elə qardaşıdır.

Məhəmməd Hüseynov öz adına «Sənaye Tikinti-M» adlı MMC yaradıb və onun sayəsində nəinki «Azərsu»nun tenderlərində, həmçinin rayonlarda təşkil olunan tikinti işlərində də iştirak edir.

Qardaşının şirkəti təkcə 2011-ci ildə «Azərsu» üçün Korgöz qəsəbəsinə su xəttinin çəkilişi üçün 1,5 milyon manat pul alıb. Amma bu şirkət rayonlardakı əksər su xətlərinin çəkilişində də pay sahibidir.

Məhəmməd Hüseynovun adı həmçinin dəyəri 15-20 milyon dollar olan başqa bir layihədə də hallanır. Hətta həmin layihə ilə bağlı qalmaqallı vəziyyətin yarandığı da bildirilirdi.

«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir.

Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır.

Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır.

Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ