SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyev hərbi şəhərcikdə olub

İlham Əliyev hərbi şəhərcikdə olub

Tarix:

5-06-2018, 17:07

/ 1 759 dəfə oxundu.
İlham Əliyev hərbi şəhərcikdə olub

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısına raport verib.

Məlumat verildi ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb.

Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var.
İlham Əliyev hərbi şəhərcikdə olub
İlham Əliyev hərbi şəhərcikdə olub
İlham Əliyev hərbi şəhərcikdə olub
İlham Əliyev hərbi şəhərcikdə olub

Şərhlər

XƏBƏR LENTİ