SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirliyin işçisi Xocavənddə torpağı və subsidiyaları qohumları arasında bölüşdürür - FOTOFAKT

Nazirliyin işçisi Xocavənddə torpağı və subsidiyaları qohumları arasında bölüşdürür - FOTOFAKT

Tarix:

5-06-2018, 16:34

/ 1 706 dəfə oxundu.
Nazirliyin işçisi Xocavənddə torpağı və subsidiyaları qohumları arasında bölüşdürür - FOTOFAKT

Uzun müddətdir kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyalar yerlərdə məmurlar tərəfindən mənimsənilir. Bu barədə ölkə mediasında kifayət qədər faktlara əsaslanan yazılar dərc olunsa da, neqativ halın qarşısının alınması üçün hüquqi addımlar atılmır. Buna səbəb isə subsidiyaları mənimsəyən məmurların şəbəkələşmiş formada fəaliyyət göstərməsidir.


Prezident İlham Əliyev cənabları "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin birinci ilinin yekunları” haqda keçirdiyi konfransda da bu məsələyə toxunaraq büdcədən vəsaitlərin məmurlara yox, həqiqi fermer fəaliyyəti ilə məşğul olan insanlara ayrıldığını bildirmişdi.

Aqrar sektorun, xüsusilə də taxılçılığın inkişafı məqsədilə dövlətin ayırdığı subsidiyaların mənimsənildiyi rayonlardan biri də Xocavənd rayonudur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Xocavənd rayonundakı dövlət balansında olan torpaqlar rayonun vəzifəli şəxsləri arasında dədə malı kimi bölünüb. Məsələn, Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov və Xocavənd Rayon Kənd Təsərrüfat İdarəsinin rəisi Rafail Mustafayev 3000 min hektara qədər əkin sahəsini öz qohum əqrabalarının, yaxın adamlarının arasında bölüşdürdüyü deyilir. Dövlətdən icarə ilə götürülən torpaqlar isə sonradan əkin-biçin ilə məğul olan insanlara dövlətə ödənilən rəsmi rüsumlardan qat-qat artığına icarəyə verilir. Dövlətin ayırdığı subsidiyalar torpağın hüquqi sahiblərinə - məmurlara və yaxud yaxın qohumlarına çatır.

Təkcə ötən il Xocavənd Rayon Kənd Təsərrüfat İdarəsinin rəisi Rafail Mustafayev qardaşı Mustafayev Tofiqin və qardaşı oğlu Mustafayev Bərsailin adına Xocavənd rayonunun Əmiralılar kəndində rəsmiləşdirdiyi 402 hektar əkin sahəsinə görə toplam olaraq 36180 manat subsidiya alıb.
Qeyd edək ki, məlumata görə Xocavənd rayonunda torpaq və subsidiya maxinasiyaları yetərincədir. Böyük və yararlı torpaq sahələri məmurlar arasında bölünən Xocavənddə subsidiyaların xırda torpaq sahiblərinə rüşvətlə verildiyi deyilir.

Qlobal.az
Nazirliyin işçisi Xocavənddə torpağı və subsidiyaları qohumları arasında bölüşdürür - FOTOFAKT
Nazirliyin işçisi Xocavənddə torpağı və subsidiyaları qohumları arasında bölüşdürür - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ