SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Novruz Məmmədov da ixtisarlara getdi - şöbələrin sayı 15-dən 10-a endirilib

Novruz Məmmədov da ixtisarlara getdi - şöbələrin sayı 15-dən 10-a endirilib

Tarix:

4-06-2018, 15:39

/ 1 665 dəfə oxundu.
Novruz Məmmədov da ixtisarlara getdi - şöbələrin sayı 15-dən 10-a endirilib

Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.

Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.

Bundan başqa, Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib.Baş nazirin Katibliyinin rəisi vəzifəsi vakantdır.

NK-nın Aparat rəhbəri vəzifəsi əvəlki kimi Ağa-bala Hacıyevə tapşırılıb. Tofiq Sarıcalinski, Natiq Əzizov və Sabir Bayramov isə baş nazirin köməkçisidirlər. Hər üç şəxs sabiq baş nazir Artur Rasi-zadənin də köməkçiləri olub.

Şərhlər

XƏBƏR LENTİ