yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sərnişinlərin bu problemi nə vaxt həll olunacaq?

Sərnişinlərin bu problemi nə vaxt həll olunacaq?
4-06-2018, 13:15 493 dəfə baxılıb

Bu avtobusa günün nəinki pik, adi saatlarında belə minmək olmur.

Söhbət Yaşıl bazardan Abşeron Gənclər Şəhərciyi istiqamətində fəaliyyət göstərən 199 nömrəli avtobusdan gedir. Avtobus Yaşıl bazardan 20 Yanvar dairəsinə tam olaraq dolu vəziyyətdə gəlir. Bu səbəblə, 20 Yanvar dairəsindən Abşeron Gənclər Şəhərciyi, Xırdalan istiqamətində getmək istəyən sərnişinlər avtobusa minə bilmirlər. Çıxış yolu olaraq “1 manatlıq taksilər”ə üz tuturlar. Amma nə vaxta kimi?!
Sərnişinlər alternativ olaraq 20 Yanvar dairəsindən Abşeron Gənclər Şəhərciyi istiqamətində yeni bir avtobus xəttinin istifadəyə verilməsini təklif edirlər. Görəsən, qeyd olunan problem və təkliflə bağlı Bakı Nəqliyyat Agentliyi nə fikirlərşir?

Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirir ki, hazırda bəzi avtobus xətlərinin müsabiqəyə çıxarılması prosesi gedir:

“Bu yaxınlarda 20 və 94 nömrəli marşrut xətləri müsabiqəyə çıxarıldı. Bu zaman hər iki marşrut üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilməsi nəzərdə tutulub. Sizin qeyd elədiyiniz xətt üzrə də müsabiqənin elan ediləcəyi istisna deyil. Həmin vaxt mümkündür ki, hərəkət sxemində müəyyən dəyişiklik edilsin. Bu, həmin xətt üzrə aparılacaq təhlillərdən asılı olacaq”.

Məsələ diqqətimizdədir...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ