SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkardan idarə rəisinə ilginc ittihamlar -"Elxan Süleymanov məndən əlavə rüsum tələb edir"

Sahibkardan idarə rəisinə ilginc ittihamlar -"Elxan Süleymanov məndən əlavə rüsum tələb edir"

Tarix:

4-06-2018, 10:11

/ 1 615 dəfə oxundu.
Sahibkardan idarə rəisinə ilginc ittihamlar -"Elxan Süleymanov məndən əlavə rüsum tələb edir"

9 saylı Ərazi Vergilər idsarəsinin rəisi Elxan Süleymanov sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edilir. Göyçay rayon sakini, xırda sahibkarlıqla məşğul olan Çingiz Mayılov ANANXEBER.az-a açıqlamasında iddia edib ki, Elxan Süleymanov ondan əlavə rüsum tələb edib. Sahibkar bu tələbə əməl etmədiyinə görə idarə rəisinin təzyiqlərinə məruz qalıb.“Mən motel işlədirəm. Vergimi də vaxtlı-vaxtında ödəyirəm. Lakin bu Elxan Süleymanovu qane etmir. O, əlavə rüsum tələb edir. Mən isə bu tələb qanunsuz olduğuna görə rüsumu ödəməkdən imtina edirəm. Elxan Süleymanov da sahibkarlıq fəaliyyətimə mane olur”,- deyə sahibkar bildirib.Çingiz Mayılov deyib ki, o, həmçinin baytarlıq pereparatlarının satışı ilə məşğul olur. Elxan Süleymanov onun bu biznesinə ciddi zərbə vurub. “Rayonda fəaliyyət göstərən baytarlıq apteklərinə mənim gətirdiyim dərmanları satmağı qadağan edib”,- deyən baş verənlərə bağlı Vergilər Nazirliyinə şikayət edib. Çingiz Mayılovun sözlərinə görə, şikayətdən sonra nazirliyin Nihad Məhəmmədzadə adlı əməkdaşı onu qəbul edib. Lakin sahibkar bu qəbuldan narazı qalıb. “Nihad Məmmədzadə məni dinlədikdən sonra hədələdi. Dediklərimin yalan olduğunu bildirdi. Mən orada ona Elxan Süleymanovun başqa qanunsuz əməlləri barədə də məlumat verdim. Lakin heç bir nəticəsi olmadı”,- deyə Çingiz Mayılov bildirib.İdarə rəisinin başqa hansı qanunsuz əməlləri törətdiyinə gəlincə, sahibkar iddia edib ki, Elxan Süleymanov Göyçay, Ucar və Ağdaşda aksizsiz tütün məmulatlarının və spirtli içkilərin satışı həyata keçirir, yaxud bu qanunsuz biznesi himayə edir. “Rayonda bir neçə iri şirkət və müəssisə var ki, vergidən yayınır. Əlbəttə ki, bu Elxan Süleymanovun himayədarlığı ilə baş verir. Məsələn, Göyçayda 22 yeşik sexi. Bu sexlərin xeyli sayda işçisi olsa da, qeydiyyata alınanların sayı çox azdır. Bununla vergidən yayınırlar. Lakin Elxan Süleymanov buna göz yumur. Çünki bu işdə onun da ortaqlığı var. Rayonda fəaliyyət göstərən kərpic zavodunda oxşar faktlar var. Amma nədənsə heç kim bu faktları araşdırmaq istəmir”.Çingiz Mayılov bildirib ki, bütün bunlar azmış kimi idarə rəisi ona məxsus ərazini də zəbt edib. “Qardaşı mənim ərazimi qoyun sürüsünün otlağına çevirib. Dəfələrlə demişəm ki, bu əməllərinə son qoysun. Amma deyir ki, get nə istəyirsən elə”.

ANANXEBER.az

Şərhlər

XƏBƏR LENTİ