SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni nazir 20-yə yaxın yüksək vəzifəli məmuru işdən çıxardı - TAM SİYAHI

Yeni nazir 20-yə yaxın yüksək vəzifəli məmuru işdən çıxardı - TAM SİYAHI

Tarix:

1-06-2018, 16:49

/ 2 440 dəfə oxundu.
Yeni nazir 20-yə yaxın yüksək vəzifəli məmuru işdən çıxardı - TAM SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 2 həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib.

Unikal.org-a daxil olan məlumata görə, DSMF-nin direktor müavini Xıdırov Sərdar Xasay oğlu vəzifəsindən azad edilib. Onun yerinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin keçmiş müdiri) gətirilib.

Digər vəzifələrindən azad olunan şəxslər isə aşağıdakılardır:

Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyev

Abşeron DSMF-nin müdiri Coşqun Qasımov

Quba DSMF-nin müdiri Sabir Hacıyev

Qaradağ Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynov

Binəqədi Məşğulluq Mərkəzinin müdiri Bağırov Güləhməd

Laçın Məşğulluq Mərkəzinin müdiri Bəndəliyev Balay

İsmayıllı Məşğulluq Mərkəzinin müdiri Həsənov Həsən

Qax Məşğulluq Mərkəzinin müdiri Haçıyev

Laçın Yasamal Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimov

Samux Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərov

Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyev

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev

Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov

Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərov (dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib)

Hacıqabul DSMF-nin müdiri Həsənov Xalisin isə Yasamal DSMF-yə müdir gətirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl yeni nazir ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Şərhlər

XƏBƏR LENTİ