SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binəqədidə tikinti özbaşınalığı: – Sakinlər təhlükədə… (VİDEO)

Binəqədidə tikinti özbaşınalığı: – Sakinlər təhlükədə… (VİDEO)

Tarix:

1-06-2018, 09:16

/ 3 441 dəfə oxundu.
Binəqədidə tikinti özbaşınalığı: – Sakinlər təhlükədə… (VİDEO)

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, mənzil 3-də yaşayan Mehrəliyevlər ailəsi təhlükə qarşısındadır.

Evlərinin bir addımlığında çoxmərtəbəli binanın tikintisi evlərini qəzalı vəziyyətə salıb.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, tikinti aparılan əraziyə baş çəkib, sakinlərin gileyini dinləyib.

Ərazidə olduğumuz zaman dəhşətli mənzərənin şahidi olduq. Binanın özülü qazılan zaman güclü silkələnmələrdən daş hasarları uçub.Yeni təmirdən çıxan evləri yararsız duruma düşüb. Qonuşuqda olan digər evlərə də ziyan dəyib. Divarlar çatlayıb, hasarlar uçub.

Öyrəndik ki, tikinti işləri “İnam-İnşaat 555” MMC tərəfindən aparılır. İlk təəssuratımız o oldu ki, şirkət bu işləri apararkən tikinti normalarına əməl etməyərək, qanun pozuntusuna yol verib. Bina ilə evlərin ara məsafəsi 10 metrə yaxındır.

Zərərçəkən Əliyullah Mehrəliyev deyir ki, çoxsaylı şikayətlərinə baxmayaraq “İnam-İnşaat 555” MMC-nin rəhbər şəxsləri buna heç bir məhəl qoymadan işlərini davam etdirirlər: “Düşdüyüm vəziyyət qarşısında çox acizəm. İşləri aparan məsul şəxslər aidiyyatı qurumları heçə sayır. Özlərinə necə sərf edir, elə də tikinti aparırlar. Bir ildən çoxdur ki, boş ərazi alınaraq, yerində tikinti işlərinə başlanıldı. Həmin ərazinin yerində əvvəllər bağça fəaliyyət göstərib. Küçə sakinlərinin rəyini almadan, öz bildikləri kimi hərəkət etdilər. Dəfələrlə aidiyyatı qurumlara şikayətimizi bildirdik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikinti aparılan əraziyə gələrək, iş prosesini əngəllədi. Mütəxəssislər tərəfindən xüsusi lentlər çəkildi. Lakin şirkət buna məhəl qoymadı. Məlumata görə, haqqında danışdığımız tikinti şirkəti vəzifəli şəxslərdən birinə məxusdur. Tikintiyə nəzarət edən şəxslər dəfələrlə bunu bizə eşitdiriblər. Lakin kimin olduğunu bilmirik. Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, digər aidiyyatı qurumlara müraciət etmişik. İnanıram ki, müraciət etdiyim qurumlar bu tikinti şirkətinin özbaşınalığına son qoyacaq, şirkətin bizə və qonşulara vurduğu kompensasiyanı ödətdirəcək”.

Daha ətraflı təqdim etdiyimiz videorportajdan izləyə bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ