SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda məşhur restoranda 32 nəfər yeməkdən zəhərləndi? - ŞİKAYƏT

Bakıda məşhur restoranda 32 nəfər yeməkdən zəhərləndi? - ŞİKAYƏT

Tarix:

1-06-2018, 08:58

/ 1 780 dəfə oxundu.
Bakıda məşhur restoranda 32 nəfər yeməkdən zəhərləndi? - ŞİKAYƏT

Redaksiyamıza daxil olan məlumata görə, Anadolu restoranın yeməklərindən eyni gündə 32 nəfər zəhərlənib.

BiG.AZ xəbər verir ki, mayın 26-da evdə ad günü keçirilib. Ad gününün bütün yeməkləri Anadolu restoranından sifariş olunub. Sifariş olunan yeməklər sırasında dolma, toyuq ləvəngisi, plov, kolbosalar və digər qidalar olub. Həmin ad günündə iştirak edək 32 nəfərin hamısı restoranın gətirdiyi qidalardan zəhərlənib. Həkim müdaxiləsindən sonra 32 nəfər evə buraxılıb. Onların vəziyyəti normaldır. Bu barədə restoran rəhbərliyinə məlumat verilsə də heç bir üzrxahlıq olmayıb.

Həmçinin məlumatda o da qeyd olunur ki, həmin hadisədən bir gün sonra da daha bir nəfər Anadolu restoranın digər filialında zəhərlənib. O da Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

Big.az bununla bağlı Anadolu Restoranına müraciət edib. Restorandan verilən məlumata görə, baş vermiş hadisədən xəbərdardırlar:

“Bilirsiniz ki, 3 nəfərdən çox zəhərlənmə ilə xəstəxanaya müraciət edəndə polis işə qarışır. Polis gəlib restoranda araşdırma aparmalı idi. Heç bir polis restorana gəlməyib. Sadəcə məclis təşkilatçılarından bizə müraciət olunub. Onlar iddia edirlər ki, bizim yeməkdən zəhərləniblər. Həmin ad günündə bizim yeməklərdən başqa meyvə şirələri, pendir, tort olub. Bundan əlavə onlar pomidor-yumurta bişirtdiriblər. Halbuki pomidor da, yumurta da bizlik deyildi. Belə olan halda niyə tək Anadolu restoranın yeməklərindən zəhərlənmə olmalıdır. Bizim orda işçilərimiz də olub. İş bitəndən sonra restoranın yeməklərindən yeyiblər. Necə ola bilər ki, bizim işçilərimiz o yeməklərdən yeyir, amma heç nə olmur. Çünki bizim işçilərimiz ordakı əlavə qidalardan heç birini yeməyiblər. Deməli belə çıxır ki, problemin həllini düzgün yerdə axtarmırlar. Onlar gərək meyvə şirələrini, pendiri, tortu, yumurtanı və pomidoru hardan alıblarsa orada araşdırma aparsınlar. Zəhərlənmə hadisəsi bizə deyilən zaman dərhal mətbəxtdəki bütün qidaların tarixlərini yenidən nəzərdən keçirdik. Qeyd edək ki, bizdə restoran 24 saat işləyir. Digər restoranlardan fərqli olaraq bizdə həftəlik deyil, günlük, bazarlıq olur. Bizdə səhərə qida qalmır. Necə olur ki, fəaliyyət göstərdiyimiz 24 il ərzində belə bir hadisə olmadı. Birdən-birə 32 nəfər zəhərləndi. Biz belə məsələlərə həssaslıqla yanaşırıq. Çünki bu cür hadisələrin baş verməsi özümüz üçün də mənfi bir haldır. Hər kəs istəyir ki, iş sistemini elə qursun ki, daimi işləsin. Bizə lazımdırmı ki, 32 nəfər zəhərlənsin və hər yerdə desinlər ki, Anadolu restoranı yaxşı bir yer deyil. Biz istəyirik ki, desinlər ki, keçən dəfəki ad gününün stolunu Anadolu restoranı qurub, bu dəfə də onlar gəlsin. İstəyirik ki, müştəriyə keyfiyyətli xidmət göstərək. Biz yenə də məsuliyyətdən qaçmırıq. Sübut olunsun ki, bizim qidalardan olunub. Amma iddiaları tamamilə yanlışdır”.
Bakıda məşhur restoranda 32 nəfər yeməkdən zəhərləndi? - ŞİKAYƏT
Bakıda məşhur restoranda 32 nəfər yeməkdən zəhərləndi? - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ