SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bakinternet"dən narazılıqlar artmaqdadır

"Bakinternet"dən narazılıqlar artmaqdadır

Tarix:

29-05-2018, 11:17

/ 2 007 dəfə oxundu.
"Bakinternet"dən narazılıqlar artmaqdadır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi prezident İlham Əliyevin etimadını doğrultmaq əvəzinə sabotajla, vətəndaşları narazı salmaqla məşğuldur

FİA.Az-a gələn saysız-hesabsız oxucu məktubları, şikayətlər nazir Ramin Quluzadənin fəaliyyətindən bəhs edir.

Oxucular R.Quluzadənin dövründə “Bakiinternet”in iflic olduğunu yazırlar. Onların sözlərinə görə, internet abunəçilərinnə ilk zərbə aylıq ödənişlərdən başladı.

Sələfi Əli Abbasova şükür etdirən Ramin Quluzadə anti-insani, humanizmdən və qanundan kənar qərar qəbul edərək abunə haqlarının ayın 6-dək ödənməsi şərtini qoydu.

Telefon və internet xidmətindən istifadə edənlər hər ayın 6-na qədər ödəni etməsə, bir saat belə güzəşt olunmadan, xətti kəsilir.

Keçmiş nazirin vaxtında isə ayın istənilən tarixində ödəniş etmək mümkün idi. Vətəndaşların sosial vəziyyətini nəzərə almadan belə qərar qəbul edən nazir ilk həmlədə abonentlərin nifrətini qazandı.

Heç bir qanuna sığışmayan bu qərar avtoritar idarəçiliyə uyğundur. Abonenti ayın 6-na qədər ödəniş etməyə məcbur eləmək insanların hüquqlarını pozmaqdır.

Ay ərzində istənilən gün ödəniş olunurdu və əgər növbəti aya keçirdisə, xidmət dayandırılırdı. R.Quluzadə isə vətəndaşların hüquqlarını pozmaqdadır.

FİA.Az-a gələn şikayət məktublarında əsas problem internetin sürəti ilə bağlıdır. Abunəçilər qeyd edirlər ki, ölkənin dörd bir yanında ATS-lər internet fəlakəti yaşadır.

Bakı üzrə isə “Bakinternet” vətəndaşlara zülm edir: sürət aşağı, tez-tez kəsilir, küləkli havada internet havaya sovrulur.

Bu hallar daha çox Sabunçu, Yasamal, Suraxanı rayonlarında hökm sürür. Sabunçudan gələn şikayətlərdə deyilir ki, bir neçə gündür internet fəlakəti yaşanır.

Sabunçu ATS isə montyor göndərəcəyini desə də, abunəçilər yenə eyni problemlə qarşılaşırlar – sürəti ölmüş internetlə…

Buna görə hər ay 10-15 manat məbləğində ADSL xidmət haqqı ödəyən abunəçilər nazirliyi və “Bakinterneti” ittiham edirlər.

Nəqliyyat, rabitə və yüksək texnologiya naziri Ramin Quluzadə təyin olunandan bu sahədə vəziyyət ağırlaşıb. Abonentlər aylıq 10-15 manat ödəniş edirlər, amma normal səviyyədə internetlə təmin olunmurlar.

R.Quluzadə sələfi Əli Abbasovun dövründən fərqli işlər görəcəyi gözlənirdi. Amma internet bərbad vəziyyətdədir.

Sosial şəbəkələrdə insanların şikayətlərindən belə aydın olur ki, problem bütün internet provayderlərində özünü göstərir.

Son zamanlar ölkədə internet probleminin yaşanmasının səbəbi “Bakinternet”in həddindən artıq yüklənilməsidir. Mənbə bildirir ki, özəl şirkətlərin xidməti məhdudlaşdırılır.

Səbəb isə “Bakinternet”in daha çox qazanc əldə etməsidir. Lakin qurğular köhnə olduğu üçün yüklənməni qaldırmaq çətinləşir. Bunun üçün də internetdə problemlər yaşanır.

Problemi aradan qaldırmaq üçün qurğular yenilənməlidir. Bu istiqamətdə hazırda işlər aparılır. Ancaq əsas çıxış yolu özəl provayderlərin də bazarda normal fəaliyyətini təmin etməkdir.

Həmçinin qeyd olunur ki, problemin yaranmasına səbəb “Delta Telekom”da paylama nöqtəsində alternativ yaradılmayıb.

Ona görə də hansısa qəza baş verən zaman ya internet birdəfəlik kəsilir, ya da sürəti aşağı düşür.

Ölkəyə internetin 80 faizini “Delta-Telekom”, 20 faizini isə “Azərtelekom” verir.

Nazirliyin və “Bakinternet”in mövqeyini dərc edə bilərik.

Şərhlər

XƏBƏR LENTİ