SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hava pisləşəcək - XƏBƏRDARLIQ

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Tarix:

25-05-2018, 14:06

/ 1 633 dəfə oxundu.
Hava pisləşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Departamentdən bildirilib ki, ayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Şərhlər

XƏBƏR LENTİ