SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Standard Insurance” Sığorta Şirkətindən - ŞİKAYƏT

“Standard Insurance” Sığorta Şirkətindən - ŞİKAYƏT

Tarix:

25-05-2018, 09:55

/ 2 408 dəfə oxundu.
“Standard Insurance” Sığorta Şirkətindən - ŞİKAYƏT

Nəzarət Palatasının Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlıya 
Şirvan şəhəri S.Zeynalov küçəsi ev 4, mənzil 16 saylı ünvanda yaşayan Əsədov Qismət Alik oğlu tərəfindən
Tel: (070, 050) 621 64 49

Hörmətli Cənab Sədr!

Bildirmək istəyirəm ki, 22.10.2016-ci il tarixdə saat 21:00 radələrində Salyan rayonu Kərimbəyli kəndi ərazisində Əhmədov Asif Arif oğlu idarə etdiyi ASC “Standard Insurance” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış Vaz 21074 markalı 99 KF 691 dövlət nömrə nişanlı avtomabili ilə yolu keçən piyada Ələmov Sahil Saleh oğlunu avtomabilin sağ yan hissəsi ilə vurmuş, bundan sonra yolun sağ kənarındakı çəpərə dəyib dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etibarnamə ilə səlahiyyətli nümayəndəsi olduğum Ələmov Sahil Saleh oğlunu sağlamlığına AZAĞIR xəsarət vurmuşdur. Sığorta hadisəsi ilə əlaqədar olaraq ödəniş edilməsindən ötrü rəsmi ərizə ilə ASC “Standard Insurance” Sığorta Şirkətinə 25.04.2018-ci il tarixdə müraciət olunmuşdur, Lakin ASC dəymiş zərərə görə ödəməli olduğu 1500 manat pulu köçürülməmişdir.
Bu ona görə edilir ki, zərərçəkən bezərək sığorta ödənişindən imtina etsin. Bir neçə müddətdir ki, sığorta şirkətinin əməkdaşları zərərçəkmişlə əlaqə saxlamır nədə ki, telefona cavab vermirlər. Sığorta şirkətinin əməkdaşlarının bu qanuna zidd hərəkətləri nəticəsində sığorta bazarına vətəndaşların sığorta şirkətlərinə inamsızlığı günü gündən artır, buda öz nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyatına ciddi ziyan vurur yəni avtomabil sahibləri öz avtomabillərinin icbari sığorta növü ilə sığortalamırlar.
Bununlada belə nəticəyə gəlmək olur ki, ASC “Standard Insurance” Sığorta Şirkəti qanun pozuntusuna yol verərək İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir, lakin Sığorta Şirkəti bunların heç birini etməmişdir və etmək istəmir. Nəticədə əziyyəti zərərçəkmişlər çəkməli olurlar.
Sizdən xahiş edirəm ki, sığorta hadisəsi ilə əlaqədar zərərçəkmiş şəxs Ələmov Sahil Saleh oğlunu sağlamlığına AZAĞIR xəsarət vurulmasına görə sığorta ödənişi olunmasında köməklik göstərəsiniz.
Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
Hörmətlə : Qismət Əsədov
23.05.2018-ci il

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ