yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Exo” qəzeti tarix olur: Rauf Talışinskinin qəzeti niyə bağlanır?

24-05-2018, 16:50 587 dəfə baxılıb

"Exo” qəzetinin baş redaktoru və tanınmış jurnalist Rauf Talışinskinin ölümündən sonra onun rəhbərlik etdiyi qəzetin fəaliyyətini dayandıracağı bildirilirdi. Qeyd edilirdi ki, qəzetin və saytın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır.

Həmçinin kollektiv Rauf Talışinskinin ölümündən sonra başqa şəxsin baş redaktor olmasını qəbul etmir.

Qəzetin aqibəti necə oldu? "Exo” həqiqətən bağlanır?

Qaynarinfo xəbər verir ki, Təsərrüfat və inzibati şöbənin müdür müavini Ramazan Bağırov modern.az-a açıqlamasında deyib ki, "Exo” qəzeti son buraxılışdan sonra fəaliyyətini dayandıracaq:

"Ayın 26-sı "Exo”nun son buraxılışı dərc olunacaq. Bundan sonra qəzet artıq bağlanır”.

Qeyd edək ki, respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib. "Exo” qəzeti isə 2001-ci ilin yanvarında təsis edilib və tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda xüsusi populyarlıq qazanıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ