yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

“Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası
24-05-2018, 16:15 509 dəfə baxılıb

İnsanların öz sağlamlıqlarını etibar etdikləri özəl klinikaların onların etimadından sui-istifadə etməsi, bu sektorda baş verən özbaşınalıqlar vaxtaşırı olaraq sosial və internet medianın gündəmini zəbt edir

Hər gün təkrarlanan doğuş və əməliyyat ölümləri, insanların şikəst edilməsi, həkim məsuliyyətsizliyi soydaşlarımızın yerli səhiyyə sisteminə etibarını sarsıdır.

Azərbaycanda bu qədər tibb mərkəzi, dövlət və ya özəl klinika olduğu halda vətəndaşlarımızın müayinə və müalicə məqsədilə xaricə üz tutması artıq vəziyyətin dözülməzliyindən xəbər verir. Ölkəmizdə ən çox şikayət olunan özəl klinikalarda biri də “Grand” Hospitaldır. Təkcə son dövrlərdə bu klinika ilə bağlı yüzlərlə tənqidi informasiya sosial şəbəkələrdə və mətbuat orqanlarında yayılıb.

Müğənni Əbdül Xalidin xalası oğlu 37 yaşlı Ramin Ələsgərovun, 20 yaşlı Ayşən Mirzəyevanın, 56 yaşlı Nurağa Qasımovun və saysız-hesabsız “həkim qurbanı” olan ölülərin siyahısı ilə rekord qıran “Grand” ləkələnmiş imicini ad dəyişməklə – yəni “rebrendinq”lə ört-basdır etməyə çalışır. Özü də bu dəfə türk həkimləri rəhbərliyə gətirməklə. Əmək müqaviləsi və digər qanunları da görməzlikdən gələn hospital sahibəri onlarla həkimi heç bir əsas gətirmədən çölə tökür və bu dəfə bunu “Ege Hospital” adı ilə fəaliyyətə başlaması ilə əlaqələndirir. Hüquqları pozulan həkimlər isə sosial şəbəkələrdə məsələyə kəskin etiraz ediblər. Hospitalın səbəbsiz işdən qovulan uroloq-androloqu, Dr Namiq İsmayılov bildirib ki, hospital sahibləri kişilik hissini itirblər: “Xəbərdarlıq etmədən işdən çıxardılar. Bu adama hörmətsizlikdir. Neçə ildir ki, xidmət göstəririk. Hər hansı bir nöqsanımız olmayıb.

Uzun müddət ölkə xaricində çalışmışam, 4 dənə diplomum var. Adamın kişiliyi çatıb heç olmasa deyər ki, qardaş, sağ olun, bu qədər iş görmüsüz. Biz santexnik deyilik ki. Dəfələrlə bizə yaxşı təkliflər olub. Amma bizə “hər şey yaxşı olacaq” deyib saxlayıblar. Adamın kişiliyi, mərdliyi olar”. Hospitalın işdən qovulan digər həkimləri – Seymur Mehdiyev, Rasim Məmmədov, Toğrul Ömərov, Sənan Aşirov, Arzu Əyyubova faktı təsdiqləyərək, bunun kobud qanun pozuntusu olduğunu bildiriblər.

Məlumat üçün deyək ki, “Grand” Hospitalda müayinə, müalicə və əməliyyat qiymətləri fantastikdir və burada vətəndaşları əməlli-başlı soyub-talayırlar. İddilara görə, hospital qanunsuz olaraq gəlirlərini artırmaq üçün xəstələri lazımsız müayinələrə yönəldir. Yəqin türk həkimlərin gəlişindən sonra hospitalda qiymətlər daha da artacaq. Son günlər “Ege” Hospital qiymətləri yarıya qədər endirdi” reklamları yayılmağa başlasa da, heç şübhəsiz bu xəstələrin “tora salınması” cəhdindən savayı bir şey deyil. Xatırladaq ki, bundan öncə “Laçın” Hospitalı kütləvi narazılıq və şikayətlərdən sonra adını dəyişərək, “Milana” qoyub. “Grand” Hospitalın “Ege” Hospital adı ilə “rebrendinq” etməsi oxşar ssenarinin tərkib hissəsidir.

Tia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ