SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şərikli biznes sayəsində büdcədən milyonlar oğurlanıb - Səlim Müslümovun Kamalı kimdir?

Şərikli biznes sayəsində büdcədən milyonlar oğurlanıb - Səlim Müslümovun Kamalı kimdir?

Tarix:

24-05-2018, 14:45

/ 3 116 dəfə oxundu.
Şərikli biznes sayəsində büdcədən milyonlar oğurlanıb - Səlim Müslümovun Kamalı kimdir?

Bir neçə gün əvvəl dövlət hesabına əlillər üçün tikilən evlərin Səlim Müslümov tərəfindən necə mənimsənilməsi ilə bağlı cianews.info-ya daxil olan ilginc məlumatı dərc etmişdik. Məlumatda 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binasının tikildiyini, tikintini tenderdə formal olaraq keçmiş nazirin örtaqlığı olan “Amal 2015”MMC-nin uduğunu, həmin şirkəti keçmiş nazirin yaxın qohumlarının və dostlarının yönəltiyi, əslində isə şirkətin qeyri-rəsmi sahibinin də elə Səlim Müslümov olduğu bildirilirdi.
Artıq saytımızın əldə etdiyi yeni məlumatlar bir daha “Amal 2015”MMC-nin Səlim Müslümova aid olduğunu və əlillər üçün tikilən evlərin də elə keçmiş nazir tərəfindən satılaraq mənimsənildiyini sübut edir. Məlumatda qeyd edilir ki, Səlim Müslümov dövlət tərəfindən ona verilmiş evdən çıxarılır. Bu səbəbdən “Amal 2015”MMC tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) əlillər üçün tikilən 2 ədəd 1 girişli 15 mərtəbəli (əslində isə bina 4 bloklu olduğu real faktlardan birisidir) yaşayış binasında xüsusi olaraq keçmiş nazirin yaşaması üçün mənzillər ayrılıb. Hazırda orada super təmir gedir və yaxın vaxtlarda Səlim Müslümovun ora köçəcəyi bildirilir.
Xatırladaq ki, əlillər üçün binanı tikən “Amal 2015” MMC-ni yönəldən keçmiş nazirin yaxın dostu Kamal Quliyev və qaynı Xasayev Ağaxandır. Əlillərə tikilən evlərin satışı da bu şəxslər vasitəsi ilə həyata keçirilir. Qeyd olunur ki, bu şəxslər əlillər üçün tikilən evləri əsasən “Həzi Aslanov” metrosunun yaxınlığında yaşayan Azər adlı makler vasitəsi ilə Səlim Müslümova iaşiə obyektlər və qeyri yaşayış sahələrinin gizli şəkildə yaxınlarının adına alınmasında böyük rolu olmuşdur. Azər adlı makler Səlim Müslümovun qara kassası kimidə Xətai rayon ərazisində tanınmaqdadır. Kamal Quliyev də elə Azərin vastəsi ilə keçmiş nazirə bir neçə mülk satdıqdan sonra tanış olub. Sonradan bu tanışlıq dostluğa və ortaqlığa çevirilib ki hal-hazırda ortaqlıq məsələsidə davam etməkdədir. Əgər belə olmasaydı yəqin ki, Əlillərin adına tikilmiş yaşayış binasında Səlim Müslümova lüks mənzil təmirinə start verməzdi - desək yanılmarıq. Azər həm də bu günə qədər Səlim Müslümova müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərində bahalı mülklərin, villaların alınmasında və onun yaxınlarının adına sənədləşdirilməsində də əsas vasitə olub. Əlillər üçün tikilən və Səlim Müslümovun yaxınları tərəfindən rüşvət müqabilində başqalarına və saxta əlillərə satılan evlərdən gələn gəlir isə keçmiş nazirin yaxınlarının adına alınmış tərpənməz əmlaka sərf olunub. Həmçinin daxil olan məlumatlarda vaxtı ilə media qurumlarında katibəsinə 11.000 manat dəyərində ətir bağışlayan nazir Səlim Müslümov həmin xanım işçisinədə məhz bu 4 bloklu əlillər üçün nəzərdə tutulan binadan mənzili hədiyyə etməzdi. Hazırda bahalı hədiyə etdiyi xanımla eyni binada qonşu olacağı bəlkədə ağlına belə gəlməyən eks nazir Ağsu rayon və Bakıda məskunlaşan Qazilər Əlillər və Şəhid ailələrinə "AMAL 2015" MTK-dan mənzil söz verərək daha sonra onları aldatmağa cəhd etməzdi. Ağsu rayonundanda əldə etdiyimiz məlumatlarda həmyerlilərini aldadaraq Xətai rayonunda 4 bloklu binanın başa çatar-çatmaz mənzil verəvəyini vəd edən S.Müslümov artıq özü həmin Yaşayış binasına köçmə hazırlığındadır. Həmçinin qeyd edək ki, dövlət büdcəsindən öz məqsədləri üçün talançııq siyasətinə üstünlük verən SƏlim Müslümovun Ağsuda olan qeyri qanuni yollarla əldə edilmiş avtomobil və digər bahalı mülklərinə artıq həbs qoyulub. Paytaxtdan Ağsuya gedən nazirlik əməkdaşları nazirliyə məxsus avtomobilin yaxın qohumlarının istifadəsindən məcburi alaraq aidiyyatı yerə gətirilməsini təmin etmişdirlər. Bu tərpənməz əmlakların isə dəyərinin 10 milyonlarla ölçüldüyü bildirilir.

Araşdırmamız davam edir.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ