yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sahil Babayev bir güllə səsi eşitməyən “Qarabağ veteran”larını ifşa edəcək?

Sahil Babayev bir güllə səsi eşitməyən “Qarabağ veteran”larını ifşa edəcək?
23-05-2018, 14:08 732 dəfə baxılıb

Müslümovla Yediyarovun “veteran alverini”nin gizlinləri; yeni nazir Gədəbəydə törədilən böyük cinayətin araşdırılmasına başlayır
Sahil Babayevə, yeni təyin olunan əmək və əhalinin sosial müdafiəsi nazirinə böyük ümidlər qalmaqdadır. AzEuroNews.com xəbər verir ki, Səlim Müslümovun əliəyri kadrlarının neytrallaşdırılması, əməllərinin araşdırılması üçün əməli addımlar gözləntiləri var. Mətbuat bir ildir ki, Səlim Müslümovun nazirliyi dövründə Gədəbəydə baş verən böyük bir cinayətdən yazır. Məsələnin mahiyyəti də budur ki, ucqar rayonda 300-700 vətəndaşa 500-1000 manat qarşılığında Qarabağ veteranı statusu satılıb. Bəli, məhz satılıb. Mətbuatda bu haqda kifayət qədər məlumat var. Yetər ki, Sahil Babayev köməkçisiz-filansız internetdəki istənilən axtarış sistemi – “Google”, “Yandex” üzərindən “Qarabağ veteranı, alver, Ramiz Yediyarov” sözlərini daxil etsin. Bir neçə saniyənin içində Səlim Müslümovla Gədəbəyin icra başçısının baş-başa verib hansı bir cinayətin altına qol qoyduqlarına şahidlik edə biləcək.
Nazirin sadə vətəndaşlardan fərqi odur ki, həmin cinayəti araşdırılması üçün əməli fəaliyyət göstərə bilər. Yəni bir dərkənar yazıb saxta yollarla Qarabağ veteranı statusu alan və dövlətin büdcəsinə yüklənən 700 nəfəri bir imzası ilə bu müqəddəs addan məhrum etsin. Ümumdünya torunda axtarış verərkən nazir Sahil Babayevin menyusuna təqdim olunan və bu cinayətlə əlaqəli sullarla da rastlaşmaq mümkündür. Həmin suallar belədir:

1) Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub 23 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilir?

2) Bu qədər şəxsə status verilməsi indiyədək onların hüquqlarının pozulması anlamına gəlmirmi?

3) Həmin şəxslərə müvafiq müavinət əvvəlki dövrlər üçün də verilməlidir?

4) Yayılan məlumatlara görə, bu şəxlərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəlir. Müharibə iştirakçısı kimi şərəfli bir adın pulla satılması halları varmı?

5) Varsa, bu hallarla bağlı məlumatları bölüşün, hüquq mühafizə orqanlarına müraciət olunub-olunmaması haqda məlumatları bölüşün.

Yada salaq ki, bu ağrılı məsələ ilə bağlı bir müddət əvvəl Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiya vermişdi. YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirir: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”. Siyavuş Novruzovun bu fikirləri saxta müharibə veteranı statusu alanların, bəli məhz pul verib alanların məsələsini bir daha qabarıq şəkildə ortaya qoymuşdu. Criminal.az xəbər verir ki, belə iddialar vardı ki, ötən il aprel döyüşləri gedən günlərdə Gədəbəyin icra başçısı Ramiz Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün adambaşına 500-1000 manatdan olmaqla pul yığdırıb. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.
Beləcə, atəşkəsdən 23 il sonra güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb. Məsələnin ən maraqlı tərəfi də odur ki, bu adamların heç biri, bu cümlələnin altını xüsusi olaraq cızmaqla bir daha yazırıq – bu adamların heç biri ötən 23 il ərzində 1 dəfə də olsun veteranlıq statusu almaq üçün müraciət etməyiblər. Və Ramiz Yediyarovun yüngül əli ilə 1 ayın içində onları Qarabağ veteranı şərəfli adının daşıyıcısına çevirib. Əlbəttə ki, bu, elə-belə, həmin adamların qara göz-qaşına aşiqlikdən irəli gəlməyib. İcra başçısı Ramiz Yediyarovun bu əməli dövlət büdcəsini 350-400 min manat əlavə xərcə salıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu məsələyə diqqət ayırması və qeyd olunan suallara cavab axtarması ilk növbədə Qarabağda canını qoyan veteranların haqqının bərpası baxımından vacib məsələdir.

AzEuroNews.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ