SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO

Tarix:

27-02-2017, 00:32

/ 3 195 dəfə oxundu.
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO

26 fevral 2017-ci il saat 13:00-da “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” başda komitənin sədri Elşad Həmidov olmaqla bir qrup komitə üzvləri Xocalı faciəsini yad etmək üçün “Ana fəryadı” abidəsini ziyarət etmişlər. Tədbirdə komitənin sədri Elşad Həmidov, komitənin mətbuat katibi Telman Mirzəyev, komitənin sədr müavini Bəhmən İmanov, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, baş ekspert Tariyel Quliyev, qrup rəhbəri İqbal Mirzəyev, regional bölgə rəhbəri Rayət Sadıqov, ekspert Ələkbər Quliyev, ekspert Azad Atayev, regional bölmə rəhbəri Nofəl Kazımov, qrup rəhbəri Rafael Quliyev, qrup rəhbəri Yusif Hüseynov və digərləri iştirak edirdilər. Elşad Həmidov və komitə üzvləri “Ana fəryadı” abidəsinin önünə təzə tər çiçəklər qoymuş, Xocalı faciəsində canlarından keçmiş şəhidlərimizi yad etmiş, onların ruhlarına dualar oxumuşlar.
“Ana fəryadı” abidəsini ziyarət etdikdən sonra “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin kollektivi Xocalı şəhidlərini bir daha anmaq üçün geniş tərkibdə toplantı keçirmişdir. Toplantıda komitənin sədri Elşad Həmidov, sədr müavini Bəhmən İmanov, baş ekspert Tariyel Quliyev, Ağakərim Əzimov və digərləri çıxış edərək Xocalı soyqırımının əsrin ən dəhşətli faciəsi olduğunu vurğulamış, bu bəşəri cinayət törədən hazırki Ermənistan rəhbərliyinin və digərlərinin ədalət məhkəməsi qarşısında cavab vermələrinin və cəzalandırılmalarının vacib olduqlarını bir daha vurğulamışlar. O cümlədən tədbirdə Xocalı faciəsinin bütün dünyada tanıdılması məqsədi ilə, ölkəmizdə fəaliyyətdə olan bütün beynəlxalq təşkilatlara müraciət ünvanlanması barədə qərarı qəbul edilmişdir.
Tədbirin sonunda komitə sədri Elşad Həmidov “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” adından bütün Azərbaycan xalqına bu faciə ilə bağlı baş sağlığı vermiş, şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO

Şərhlər

XƏBƏR LENTİ