SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa İslamovun qanunsuz sərəncamlarından əziyyət çəkənlər çarəsizdir

Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa İslamovun qanunsuz sərəncamlarından əziyyət çəkənlər çarəsizdir

Tarix:

22-05-2018, 21:11

/ 2 606 dəfə oxundu.
Xəzərin qoynunda talanan Xəzər rayonu – Gülağa İslamovun qanunsuz sərəncamlarından əziyyət çəkənlər çarəsizdir

Bakının Xəzər rayonundan Redaksiyamıza bir sıra məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, rayonun bütün qəsəbələrində tikilən çoxsaylı obyektlər icra başçısına məxsus olduğundan digər sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr olur. Bununla yanaşı Xəzər rayonunda torpaqların qanunsuz satışı, sənədlərin saxtalaşdırılması və kənd təsərrüfatı təyinatlı ərazilərdə tikintilərə verilən qanunsuz sərəncamlar bir sıra narazılıqlara səbəb olub.

Aparılan araşdırmalara nəzər yetirməzdən öncə qeyd edək ki, Xəzər rayonuna 1995-ci ildən İslamov Gülağa Bayram oğlu rəhbərlik edir. O, 19 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olub. Xəzər rayonunun 165 mindən çox əhalisi var. Bir neçə qəsəbə və kəndi özündə birləşdirən rayonda 10-a yaxın müəssisə fəaliyyət göstərir. Rayonun son illər inkşafı haqqında danışılan yalanlar isə icra başçısının məqsədli təbliğatını təşkil edir.

70 yaşlı icra başçısı demək olar ki, rayonda boş torpaq ərazisi buraxmayıb. Onun bu illər ərzində Xəzər dənizi ətrafı əraziləri belə satışa çıxartması diqqətdən yayınmayıb. Pirallahı rayonu yaranmazdan öncə Dübəndi bağlarını və dənizkənarı əraziləri saxta sərəncamlarla satışa çıxaran Gülağa İslamov, oxşar prosesi Mərdəkan və digər ərazilərdə də həyata keçirib. Prezidentin dənizkənarı ərazilərin satışına qoyduğu qadağalar, Xəzər rayonun icra başçısını qərarlarından döndərə bilməyib. Təsadüfi deyil ki, Xəzər rayonu ərazisinə düşən dənizkənarı torpaqlar hasarlanıb yada bəzi məmurların villalarının sahələrinə çevrilib.
Rayon icra başçısının torpaq biznesi bu gün də davam edir. Onun qaydaları və tələblərini yerinə-yetirənlər istənilən torpaq sahəsini əldə edə bilərlər. Rayonda sərəncamla satılan torpaqlar müxtəlif qiymətlərlə tənzimlənir. Bəzi qəsəbələrdə, eləcədə rayonun mərkəzi sayılan Mərdəkanda dənizkənarı torpaq sahəsinin bir sota görə qiyməti 100 min manatdan artıq təşkil edir.

Aparılan araşdırmalar göstərir ki, rayonun ərazisində və əsas magistral yolların kənarında tikilən böyük obyektlər və ticarət mərkəzlərinin əsas bir sahibi var, o da icra başçısı Gülağa İslamovdur.
Sənədlərin saxtalaşdırılması ilə bağlı dəfələrlə icra hakimiyyətinin fəaliyyətindən olunan şikayətlər nəticəsiz qalıb. Gülağa İslamovun “Burda mənəm, Bağdadda kor xəlifə” yanaşması icra aparatının fəaliyyətsizliyinə səbəb olub. Vətəndaşların problemlərinə biganə münasibətlə sonuclanan fəaliyyətin icra başçısını narahat etmədiyini bildirən şikayətçilər, Gülağa müəllimin qəbuluna düşə bilmirlər. İcra hakimiyyəti binasında ara-sıra görünən icra başçısının 70 yaşda olması onun fəaliyyətinə də təsirsiz ötüşməyib. Lakin pensioner babanın vəzifədən istefa verməsini gözləyənlər son 10 ildə yayılan bu kimi xəbərlərə daha inanmırlar. Çünki, Gülağa İslamov bu vəzifədə qazandıqlarının icra başçısı olduğu müddətdə toxunulmaz sahibidir.

Xəzər rayonunda qanunsuz satılan torpaqlar və hazırda saxta sərəncamlar əsasında fəaliyyət göstərən daş karxanaları da “Gündəm Xəbər”ə görə, Realliq.info-nun araşdırmalarında müzakirə mövzusudur. Növbəti yazıda bu kimi faktlar, Gülağa İslamovun obyektlərindən və qanunsuz sərəncamlarının əsirinə çevrilən Xəzərin necə talan edilməsindən bəhs edəcəyik.

GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ